Rusiya Müdafiə Nazirliyi hərbi xidmətə payız çağırışının başa çatdığını açıqlayıb.
Oxu24.com xəbər verir ki,payız çağırışı zamanı Rusiya Silahlı Qüvvələrinin sıralarına 130 min nəfər çağırılıb.
Qeyd edək ki, bu yaxınlarda Rusiya ordusunda xidmət edən müqaviləli əsgərlərin sayı da açıqlanıb.
Rusiya Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq müqaviləli hərbi qulluqçularının sayını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin “Ordu rəqəmlərdə 2023” materialında qeyd edilir ki, ümumilikdə 640 mindən çox insan hazırda Rusiya ordusunda müqavilə əsasında xidmət edir.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR