Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100046
az

Səudiyyə Ərəbistanı ölkədə yeni qızıl yataqlarının tapıldığını açıqlayıb

16:1829 Dekabr, 2023
115
DÜNYA
  • A

Səudiyyə Ərəbistanı Mədən Şirkəti (Maaden) paytaxt Ər-Riyadın qərbində, Mansura-Massara qızıl mədəninin 100 kilometr cənubunda böyük qızıl yataqlarının tapıldığını açıqlayıb.

 

Oxu24.com  xəbər  verir  ki,Maaden tərəfindən edilən yazılı açıqlamada, bunun şirkətin 2022-ci ildə başladığı intensiv qazma proqramı çərçivəsində ilk kəşf olduğu bildirilib.

 

Açıqlamada Mənsurə-Məssərə mədəninin cənubunda 100 kilometrlik ərazidə bir çox yerdə qazma işləri aparıldıqdan sonra ümidverici nəticələr əldə edildiyi bildirilib və aşağıdakılar qeyd edilib:

 

"Bölgənin beynəlxalq standartlarda mühüm qızıl kəmərinə çevrilməsi ilə bağlı böyük gözləntilər var. Qazma nəticələri göstərir ki, mədəndə zəngin sərvət var və yeraltı işlənmə yolu ilə mədənin ömrünü uzatmaq olar".

 

“Mənsurə-Məssərə qızıl ehtiyatlarının həcmi 2023-cü ilin sonuna qədər təqribən 7 milyon unsiyaya çatıb, yeni kəşfdən əvvəl illik istehsal gücü 250 min unsiya olub”, - deyə məlumatda bildirilir.

 

Hökumətin əvvəlki açıqlamalarına görə, Səudiyyə Ərəbistanı təxminən 1,3 trilyon dollar dəyərində emal olunmamış minerallara malikdir və xarici investorları cəlb etmək yollarını axtarır.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Delimitasiya ilə bağlı etiraza erməni deputatlar da qoşuldu - VİDEO
Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər