Dövlət qurumu
Mətbuat katibinin köməkçisi
Son tarix 20 yan 2024 - [email protected]
İş barədə məlumat:
Bütün kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaqla dövlət qurumunun fəaliyyəti barədə ictimaiyyətə vaxtaşırı məlumatların çatdırılmasını, təbliğ edilməsini, ictimaiyyətin maarifləndirilməsi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
Qurumun planına uyğun olaraq KİV-i vaxtaşırı məlumatlandırmaq;
Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
İnformasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi; media məsələlərinin idarəsində dəstək göstərilməsi;
Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press relizlərin və digər sənədlərin hazırlanması;
Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idərə edilməsi;
Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materiallarının hazırlanmasında dəstək göstərilməsi;
Öz səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə təkliflər vermək, yeni araşdırmalar və tədqiqatlar üzərində işləyərək məlumatlar hazırlamaq;
Kommunikasiya üçün nitqlərin yazılması, brifinq sənədlərinin hazırlanması
Namizədə tələblər:
Jurnalistika va ya uyğun sahədə minimum 1-3 il iş təcrübəsi;
Yerli medianı yaxından tanımaq;
Güclü kommunikasiya və təqdimat bacarığı;
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
MS Windows, MS Office, Internet - yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
Yüksək Azərbaycan dili, Rus dili və İngilis dili bacarıqları.
Hərbi mükəlləfiyyət. (Bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir! )
Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2000 AZN + BONUS
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mətbuat katibinin köməkçisi" qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki müraciətlərin çoxluğu ilə bağlı sizə geri dönüş 1-2 həftə ərzində gecikə bilər. Təkrar müraciətlərə baxılmayacaq.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq
Oxu24.com
ŞƏRHLƏR