Qəzza zolağının əhalisi ilə həmrəylik əlaməti olaraq Pakistanda Yeni il şənlikləri tam qadağan edilib.
Bunu Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvar-ul-Haq Kakar xalqa müraciətində bildirib.
“Fələstindəki vəziyyətlə bağlı ciddi narahatlıq və fələstinli bacı-qardaşlarımızla həmrəylik üçün hökumət hər hansı yeni il şənliklərini qəti şəkildə qadağan edir”, - Kakar deyib.
Müvəqqəti Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, oktyabrın əvvəlindən bu yana 9 mini uşaq olmaqla 21 mindən çox fələstinli zorakılıq və ədalətsizliyin bütün sərhədlərini aşan İsrail ordusu tərəfindən öldürülüb.
Oxu24.com
ŞƏRHLƏR