İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi diplomatik missiyasını başa vurur.
Oxu24.com xəbər verir ki,bu barədə yəhudi dövlətinin nümayəndəliyi məlumat yayıb.
“İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi və onun həyat yoldaşı Edna Ben Zvi diplomatik karyeralarını bitirir və Xarici İşlər Nazirliyində 40 illik xidmətdən sonra təqaüdə çıxırlar”, – səfirliyin teleqram kanalında qeyd edilib.
Ben Zvinin sözlərinə görə, İsraillə Rusiya arasında münasibətlər normal şəkildə inkişaf edir və yaranan fikir ayrılıqları diplomatik yolla həll edilir. Səfir İsrail və Rusiya arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiyini bildirib və diplomatik missiyanın gələcək rəhbəri Simone Halperinə uğurlar arzulayıb. Səfirlikdən əlavə ediblər ki, o, yaxın vaxtlarda Moskvaya gələcək.
Aleksandr Ben Zvinin 67 yaşı var, o, 2020-ci ilin noyabrından İsrailin Rusiyadakı səfiri vəzifəsində çalışır, 1983-cü ildən isə bu ölkənin Xarici İşlər Nazirliyində çalışır. Müxtəlif vaxtlarda Kosta-Rika, Slovakiya və Polşadakı səfirliklərdə vəzifələr tutub.
Ben Zvi Ukrayna SSR-də, Çernovtsidə anadan olub. Simona Halperin də Sovet İttifaqındandır - 1969-cu ildə Riqada anadan olub, 1976-cı ildə İsrailə köçüb. O, İsrailin Sinqapur və Şərqi Timordakı səfiri vəzifəsində çalışıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR