Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78716
az

Nostradamusdan 2023-cü illə bağlı QORXUNC PROQNOZLAR

13:0213 Dekabr, 2022
102
QOROSKOP
  • A

Məşhur həkim və astroloq Mişel Nostradamusun illər əvvəl söylədikləri sosial mediada səs-küy yaradıb.

Sfera.az bildirir ki, kahin 2023-cü il üçün də proqnozlar verib. Onun iddialarına görə, gələn il bəşəriyyət üçün bütün istiqamətlərdə fəlakətlərlə yadda qalacaq:

 

“2023-cü ildə dünya bir sıra təbii fəlakətlərə məruz qalacaq: okeanda nəhəng sunami və zəlzələlərə səbəb olan təkanlar olacaq. Dünya okeanlarının səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməyə başlayacaq. İngiltərə və Amerikanın cənub sahilləri okean suları ilə örtüləcək. Bir çox ölkələrdə içməli su yox olacaq, ərzaq qıtlığı yaranacaq”.

 

Astroloqun proqnozlarına əsasən,  2023-cü ildə planetimizə meteorit də düşəcək. Fransız astroloq gələn il böyük hərbi toqquşmaların olacağını da proqnozlaşdırıb. O bildirib ki, Avropa yeddi ay davam edən hərbi qarşıdurma ilə çalxalanacaq, ordular böyük şəhərlərin ətrafında dayanacaq. 

 

“Çox insan öləcək və nəticədə dünya nizamı formalaşacaq. İslam dövlətləri yeni əraziləri işğal etməyə cəhd edəcəklər. Türkiyə müsəlman dünyasının maraqlarını pozacaq, ərəb-türk qarşıdurması təhlükəsi böyükdür. Türkiyə sahillərində islamçılarla xristianlar arasında toqquşma əlamətləri var. Bu silahlı hadisələr zamanı ola bilsin, kimyəvi və ya bakterioloji silahlardan istifadə olunacaq. ABŞ-da siyasi qeyri-sabitlik, yoxsulluq və hakim rejimdən artan narazılıq 2023-cü ilin əvvəlində vətəndaş müharibəsinə səbəb ola bilər. 2023-cü ildə Rusiya çətin seçim etməli olacaq”.

 

Ətraflı
Nostradamus ABŞ prezidentinin "müəmmalı xəstəliyə" tutulacağı və Baydenin ailə üzvlərindən birinin avtomobil qəzasında öləcəyini də proqnozlaşdırıb.

 

“Üçüncü Dünya Müharibəsinin başlama təhlükəsi 2024-cü ilə qədər davam edəcək. Rusiya Hindistan və Çinlə birlikdə ABŞ, Avropa İttifaqı və Yaponiyanın hərbi təxribatlarına müqavimət göstərəcək”, deyə astroloq qeyd edib. Nostradamus bu dəfə nüvə silahının istifadəsini proqnozlaşdırmayıb.

 

O, 2038-ci ildə qlobal silahlı münaqişənin başlanacağını bildirib. Astroloq pulun ucuzlaşmasına da işarə edib. Görücü yazıb ki, 2023-cü ildə dünya nağd ödənişlərdən imtina edərək tamamilə onlayn ödənişlərə keçəcək.

 

Qeyd edək ki, Nostradamus kimi tanınan orta əsr astroloqu və kimyaçısı Mişel de Notredam 3797-ci ilə qədərki hadisələri proqnozlaşdırmışdı. O, peyğəmbərliklərini dördlüklər adlanan ayələrlə izah edirdi. Adolf Hitlerin yüksəlişi və İkinci Dünya Müharibəsi kimi bir çox proqnozları gerçəkləşib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün qoroskopu: Borc almayın, kredit götürməyin
Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
İki bürc heyrətamiz uğur qazanacaq – Mart ayında

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı