Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97203
az

Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA

21:1630 Oktyabr, 2023
987
QARABAĞ
  • A

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağda yenidən qurulan şəhərlərimizə məcburi köçkünlərin qayıdışı prosesi davam edir. Bu günə qədər köç prosesi çərçivəsində çox sayda ailə doğma torpaqlarına qovuşub.

Ancaq sosial şəbəkələrdə Azərbaycanın digər rayonlarından olan sakinlərinin də Qarabağa köçmək istəkləri ilə bağlı suallarına, müzakirələrinə şahid oluruq.

Maraqlıdır, digər rayonların sakinləri Qarabağdan ev ala və ya köçə bilərmi?

OXU24.COM  bildirir ki, mövzu ilə bağlı Bizim.media Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Qurumun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev açıqlamasında bu fikirləri səsləndirib:

"Əvvəllər evləri "Qaçqınkom" tikirdi, daha sonra isə köç prosesini reallaşdırırdı. Ancaq "Böyük Qayıdış" proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi köçürülmə ilə məşğuldur və yalnız bu istiqamətdə öhdəliyi var. Digər məsələ ilə bağlı "Qaçqınkom"un məsuliyyəti yoxdur. Hazırda Qarabağa yalnız yerli sakinlər köçürülür".

"Azərbaycan vətəndaşları yaşayış yerini seçməkdə müstəqildirlər"

Millət vəkili Elman Məmmədov isə daha ümidli danışıb. O qeyd edib ki, ilkin köç mərhələsində Qarabağa yerli sakinlər köçürüləcəklər, növbəti mərhələdə köçkün olmayan digər rayonların sakinləri gedə bilərlər:

"Azərbaycan Respublikası Konstitusiyası və qanunlarımız da bunu deməyə əsas verir. Azərbaycan vətəndaşları yaşayış yeri seçməkdə müstəqildirlər. Burada heç bir məhdudiyyət yoxdur və olmayacaq. İlkin mərhələdə məcburi köçkünlər öz torpaqlarında məskunlaşdırılandan sonra istənilən Azərbaycan vətəndaşı yaşamaq və işləmək üçün Qarabağa gedə bilər. Bu arzunun özü belə, alqışlanası istəkdir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü