Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59111
az

Vətənin bütövlüyünü canından üstün tutdu - Şəhid Elçin Nəsirov - VİDEO

17:3503 Oktyabr, 2021
373
QARABAĞ
  • A

Vətənin dar günündə və onun bütövlüyü uğrunda o da canını sipər etdi. İlk günlərdən ən ağır döyüşlərə qatılaraq vətən torpağının azadlığı üçün canından keçdi. Sizə Füzuli qəhrəmanlarından biri olan Elçin Nəsirov haqqında danışacağıq.

Vətən uğrunda canından keçmiş Elçin Ramiz oğlu Nəsirov Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Həmişə vətənpərvərliyi ilə seçilən Elçin 2016-cı ildə Azərbaycan ordusunda müqavilə əsasında müddətdən artıq hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazilərimizin azad edilməsi üçün başladılan əks-hücum əməliyyatları zamanı Hadrut qəsəbəsi və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 25-də Füzuli döyüşləri zamanı Qorqan istiqamətində şəhid olub.

Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda", Xocavəndin və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilib.

Döyüşçü yoldaşları da Elçini cəsur və şərəfli döyüşçü kimi xarakterizə edirlər.

Qeyd edək ki, şəhid hərbiçimiz doğulduğu rayonunun Əhmədalılar kəndində dəfn olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi