Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5661
az

Gizli Qarabağ PLANI, “Qiyamətə hazır olun!” XƏBƏRDARLIĞI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

20:3529 Sentyabr, 2018
3557
QARABAĞ
  • A
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana səfər edib. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında sərsəm fikirlər səsləndirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı gərginlik artmaqdadır. Birləşmiş Ştatlar Rusiyanın nüvə silahını ölkənin təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb. Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracaq.

Azərbaycan, Dağlıq Qarabağ

Sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Rusiya liderinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdirdilər.

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.

Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. "Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - bəyanatda deyilir.

25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisi keçirilib. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirilib. İsrail səsdən sürətli qorxunc raketi BakNyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.

Həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.

Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.

Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında da eyni üslubdan istifadə edib. Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.

“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”, - Paşinyan sərsəmləyib.

İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki razılıqları yerinə yetirməli olduğunu deyib.

Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləyib.

BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb.ıya GƏTİRİR: Ermənistan 1 zərbə ilə YOX EDİLƏCƏK - Ermənistan ərazi iddialarını nə qədər tez kənara qoysa, regionumuzda sülh bir o qədər tez bərqərar olacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.
Ermənistan ərazi iddialarını nə qədər tez kənara qoysa, regionumuzda sülh bir o qədər tez bərqərar olacaq.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, həll olunmamış silahlı münaqişələr, mövcud və ortaya çıxan təhlükəsizlik çağırışları və onlarla bağlı olan humanitar böhran inkişaf tərəqqəsinin əksəriyyətinin geriləməsi təhdidini ortaya çıxarır:

"Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qalmaqdadır. Münaqişə Azərbaycan ərazisinin 1/5-nin işğalı ilə nəticələnib və Azərbaycanda təqribən hər 9 adamdan birini məcburi köçkün və ya qaçqın edib. Münaqişə ilk günündən bəri mülki insanlara və infrastruktura təsir etməklə ancaq Azərbaycan ərazisində, demək olar, ölkənin ortasında aparılıb. BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyətli olduğu; bunun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün aydın pozulmasını təşkil etməsi faktını müəyyən etdi. Digər səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər eyni xətti təşkil edir. Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında çıxarılması da daxil olmaqla Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, Ermənistanın siyasəti və təcrübəsi onun hərbi güc vasitəsilə zəbt etdiyi və geniş miqyasda etnik təmizləmə həyata keçirdiyi Azərbaycan torpaqlarının anneksiyasını təmin etmək niyyətini aydın şəkildə təsdiqləyir".

Nazir qeyd edib ki, Ermənistan rəhbərliyində dəyişikliklərdən sonra bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlüəsizlik Şurasının qətnamə və qərarlarına hörməti aydın şəkildə özündə ehtiva edən demokratik dəyərlərə tam hörmət siyasətinin işlənib hazırlanması ilə bağlı əvvəlcə bəzi gözləntilər var idi. Təəssüf ki, indiyədək bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb:

"Əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri indi də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini utanmadan Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışır. Bu ilhaqçı iddia nəinki beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir, həm də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alır. Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirir.

Ermənistanda kənardan bu ölkədə nələrin baş verdiyi anlaşılmayan, ardıcıl qeyri-sabit daxili siyasi inkişaflar olduğundan, istisna edə bilmərik və etməyəcəyik ki, Ermənistan baş nazirinin son bəyanatları və fəaliyyətləri yerdə vəziyyətin daha da gərginləşməsi və təmas xəttində və Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi düşmənçilik təxribatlarınin törədilməsi məqsədini güdür. Ancaq bir şey aydındır ki, bu mənfi senarinin bütün nəticələri tamamilə Ermənistanın üzərinə düşəcək. Biz beynəlxalq ictimaiyyəti Ermənistana beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət göstərmək və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etmək ilə bağlı güclü ismarış göndərməyə çağırırıq".

E.Məmmədyarov əlavə edib ki, Ermənistan davamlı olaraq münaqişənin həlli prosesinə maneə törədib və bununla yanaşı, yerindəcə vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atmaqla və yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmağının qarşısını alaraq və qəsb edilmiş torpaqlarda demoqrafik, mədəni və fiziki xarakteri dəyişərək işğalı möhkəmləndirməyə çalışmaqla nəticəyə əsaslanan danışıqlara başlamaqdan imtina edirlər. 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmaqla, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusilə Suriyadan olan ermənilərin qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.

Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, onların Ermənistanın iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlət etməklə bağlı erməni xalqına vədi sülh, mehriban qonşuluq münasibərlərinin qurulması və qonşuların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil. Nə qədər tez Ermənistan ərazi iddialarını bir kənara qoyacaq və Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcək, bir o qədər də tez regionumuzda sülh bərqərar ola biləcək və Ermənistanın inkişaf perspektivləri açılacaq:

"Onlar indi də demokratiya və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərindən çox danışırlar. O zaman qəddarcasına etnik təmizləməyə məruz qalan və öz doğma yerlərini, evlərini və mülklərini tərk etməyə məcbur qalan Dağlıq Qarabağın Azərbaycanlı əhalisi və ətraf 7 rayonun azərbaycanlıları necə olmalıdır? Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokratiya adlandırırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməli, Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində tələb olunduğu kimi, didərgin düşmüş insanların öz doğma evlərinə geri qayıtmasına imkan verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır".

Onun sözlərinə görə, Azərbaycan səmimi qəlbdən inanır ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur və münaqişənin ən qısa vaxtda siyasi həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir: "Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan münaqişənin həllinə nail olmaq mümkün deyil. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür".

***

"Azərbaycan BMT rəhbərlərinin müharibələrin qarşısının alınması və sülhün qorunması istiqamətində təşəbbüslərini dəstəkləyir, davamlı inkişaf Hədəflərinin yerinə yetirilməsinə sadiqdir və multikulturalizm ideyalarını irəli aparır".

Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

Bununla yanaşı nazir BMT tribunasından Azərbaycan ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin doqquzda birinin qaçqın və məcburi köçkün düşdüyünü xatırladaraq beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün İrəvana təzyiq göstərməyə çağırıb.

"Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, Ermənistanın iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlətə çevrilməsinə dair erməni xalqına verdiyi vədləri qonşularla sülh və yaxşı münasibətlər qurmadan, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən yerinə yetirmək mümkün deyil", - deyə E.Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan hesab edir ki, "sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa" heç bir alternativ yoxdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni ili məşhurlarla Qarabağda qarşılamaq bu qiymətə başa gələcək
Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat