Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5605
az

Həlledici məqam çatdı, Azərbaycan ordunu QARABAĞA YERİDİR - Paşinyan sülh yollarını...

10:4728 Sentyabr, 2018
3241
QARABAĞ
  • A
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanya BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşdü.

Publika.az xəbər verir ki, görüş əvvəlcə Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilib, daha sonra nazirlər ikilikdə müzakirələr aparıblar. Nazirlər dialoqun davam etdirilməsi üzərində razılığa gəliblər, hətta növbəti görüşün oktyabrda olacağı gözlənilir.

“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həllinin inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə Məmmədyarov görüş haqqında bildirib.

Bu görüşün təmas xəttində gərginliyi azaldacağına və Ermənistanın konstruktiv mövqe ilə danışıqlar masasına qayıtması ilə nəticələnəcəyinə ümidlər var idi. Lakin işğalçı ölkə görüş ərəfəsində Dağlıq Qarabağda hərbi aviasiya təlimlərinə başlamaqla ümidləri “beşiyində boğdu”. Hərçənd, oktyabrda nazirlərin yenidən görüşü gözlənilsə də, bundan da ciddi nəticə gözləmək çətindir. Böyük ehtimalla Ermənistan tərəfi həmsədrlərin istəyini yerə salmamaq üçün bu görüşə formal olaraq razılıq vermişdi. Çünki görüşdən öncə Paşinyan Mnasakanyan da daxil olmaqla başının dəstəsini toplayıb işğal altındakı Qarabağa səfər etdi və “biz sülh istəyirik, lakin müharibəyə də hazırıq” mesajını verdi. Sentyabrın 25-də - nazirlərin görüşündən bir gün öncə Qarabağdakı separatçı rejim Ermənistan hakimiyyətinin göstərişi ilə aviasiya təlimlərinə start verdi. Təlimlərin bu gün – sentyabrın 28-də başa çatması gözlənilir. Nikol Paşinyanın özü isə BMT tribunasında çıxışı zamanı Azərbaycanı qondarma iddialarla ittiham etdi və müharibəyə açıq çağırış etdi. Nazirlərin görüşdüyü vaxt isə erməni hərbi birləşmələri cəbhədə təxribata əl atdı, Ordumuzun cavab atəşi nəticəsində düşmən itki verərək geri çəkildi. Bu, onu deməyə əsas verir ki, siyasətçilərdən çox silahlar danışır. Və bütün bunlar danışıqlar masasının çoxdan boş qaldığını və Ermənistanın qondarma iddiaları davam etdiyi müddətdə bundan sonra nazirlərin istənilən görüşünün nəticəsiz başa çatacağını deməyə əsas verir. Çünki Ermənistanın bütün addımları təxribat xarakteri daşıyır və açıq şəkildə müharibənin başlanmasına hesablanıb.
Ermənistan ictimaiyyətinin özü də danışıqlardan heç bir nəticə gözləmədiklərini, Paşinyan hökumətinin qarşıdurma yaradacaq addımlar atdığını bildirirlər.

Misal üçün, erməni şərhçi Sərkis Artsruni yazır ki, nəticəsiz danışıqlar Qarabağda yeni eskalasiyanın başlanmasına gətirib çıxara bilər.

“Ön cəbhədə gərginlik artır və Yaxın Şərqdəki eskalasiya fonunda baş verənlər bizim regionumuzda da böyük toqquşmanın ola biləcəyini göstərir”, - deyə erməni şərhçi müharibənin nəticəsinin Ermənistan üçün ağır ola biləcəyindən qorxduğunu etiraf edir.

Əslində Nikol Paşinyanın bütün təxribat davranışları Azərbaycana əraziləri azad etmək üçün hərbi yoldan başqa çıxış qoymur. Və bunu yaxşı anlayan rəsmi Bakı böyük ehtimalla bu planı masada önə çəkib. Xüsusilə Rusiya-Ermənistan münasibətlərinin uçurumun kənarına qədər gəlib çıxması da şərtləri Azərbaycanın xeyrinə dəyişdirir.
Bu kontekstdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinə həsr etdiyi məqaləsində toxunduğu məqam diqqət çəkir.

“Qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əsgəri qoruyası deyil. Ermənistan Rusiyanın forpostluğundan çıxan kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq! Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik cəbhədə qazanır, sonra silahlı meydana atılır. İlham Əliyev on illər ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək hərbi eskalasiyaya çevirməyə hazırdır! Azərbaycan Ordusunun qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti olacaq!”, - deyə Z. Oruc yazır.

Ola bilərmi ki, rəsmi Bakı cəmiyyətə əraziləri işğaldan etmək üçün müharibəyə hazırlaşmaq mesajlarını verir? Və bu prosesdə Azərbaycan liderinin əslində hər şeyi hər kəsdən yaxşı bildiyi və sadəcə olaraq siyasi məqamın yetişməsinə qədər gözləmək seçimini etdiyini və bu məqamın yetişməkdə olduğu göstərilir?

Bu sualların cavabı hələ ki qeyri-müəyyəndir. Müəyyən olan məqam isə Bakının artıq ordunu Qarabağa yeridə biləcəyidir və böyük ehtimalla buna hazırlıq gedir. Azərbaycan liderinin illərlə ilmə-ilmə hördüyü siyasi şərtlərin yetişməsi də həlledici məqamın çatdığını deməyə əsas verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ