Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53059
az

Paşinyan Zəngəzur dəhlizinin açılmasına niyə qarşıdır? - VİDEO

21:1024 Aprel, 2021
1380
QARABAĞ
  • A

 Zəngəzur dəhlizinin açılması ilə bağlı çox böyük problemlər var. Sanki Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələni dondurmaq istəyir.

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə müsahibəsində Ceyhun Əhmədli deyib. O bildirib ki, Paşinyanın bu cür davranışının səbəbi növbədənkənar parlament seçkilərinə qədər aqressiv bəyanatlarla Ermənistan cəmiyyətinin rəğbətini qazanmaq istəməsidir:


"O, rəqiblərinə əlavə imkan qazandırmamaq üçün Zəngəzur məsələsi ilə bağlı elə təəssürat yaratmaq istəyir ki, guya nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın diktə etdiyi şərtləri yerinə yetirir. Əslində isə reallıq başqadır. Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidenti Vladimir Putinin imza atdığı sənədə qarşı hörmətsizlik edə bilməz.  Onların belə bir hünəri yoxdur. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, o dəhliz açılacaq. Ermənistanın bizim yaratdığımız reallığa, regionda formalaşan geosiyasi konfiqurasiyaya təsir etmək imkanı yoxdur. Hesab edirəm ki, Yerevandakı parlament seçkilərindən sonra bu istiqamətdə atılan real addımların şahidi olacağıq. Əks halda isə Azərbaycan başqa təzyiq vasitələrindən istifadə edəcək. Hərbi vasitə belə burada istisna deyil. Çünki biz müharibəni maraqlarımıza uyğun olan 10 noyabr bəyanatına görə dayandırdıq”.


Həmçinin politoloq onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasını birləşdirməklə yanaşı, regionda yeni münasibətlər formalaşdıracaq. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Latviya Parlamentinin sədri Şuşaya getdi
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Şuşada mina partladı - xəsarət alan var

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb