Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4683
az

Hər kəs bu azərbaycanlının cəsarətindən danışır: Bayrağa sevgisi ilə düşmənə meydan oxuyan gənc danışdı -

00:2723 Avqust, 2018
1149
QARABAĞ
  • A
 Qazax rayonunun Məzəm kəndində düşmən gülləsindən qorunmaq üçün çəkilən təhlükəsizlik bəndində bayrağı düzəldən gənc danışıb. Milli.Az bildirir ki, bayrağa olan sevgisi ilə düşmənə meydan oxuyan Fərid Ibrahimov Tovuz rayon sakinidir. Özü də keçmiş hərbçidir. Kəndə qonaq gedən gənc həmin anı bizimlə bölüşüb.

Tovuzun Qaziqulu kənd sakini Fərid İbrahimov Qazaxın Məzəm kəndində dostu ilə qonaq gedən zaman bu addımı atıb. Üç rəngli dövlət bayrağımızın asılqana dolanıqlı vəziyyətdə görən gənc özündən asılı olmayaraq istinad divarına çıxaraq bayrağı açıb və öpür. Hər anı təhlükə dolu anları Fərid İbrahimov belə nəql edir...

Keçmiş hərbçi olan Fərid İbrahimov evinin girişində də dövlət bayrağımızı və qardaş ölkə Türkiyənin bayrağını asıb. Deyir ki, hər sabah hər iki bayrağı öpməsə gününü uğurlu hesab etməz. Onunla birgə Qazaxa gedən Elvin adlı dostu da vətən sevdalısıdır. Elə Fəridin divara çıxdığı anı da o mobil telefon vasitəsi ilə qeydə alıb və sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkənin gündəmini zəbt edən Fərid əslində bu addımı hər yerdə atdığını deyir.

Fəridin ən böyük arzusu işğal altındakı torpaqların azad olması və orada bayrağımızın dalğalanmasıdır. /xezerxeber.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb