Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41516
az

"Şuşaya gedəndən sonra ömrüm 3-5 il uzanar" - 28 illik bitən həsrət - VİDEO - FOTO

21:4513 Noyabr, 2020
353
QARABAĞ
  • A

 

Şuşa şəhərininin sakinləri olan Allahverdiyevlər ailəsi, qazanılan zəfərdən sonra 28 ildir uzaq düşdükləri evlərinin foto və videoları ilə xatirələrini təzələyiblər.

Oxu24.com bildirir ki, ARB Xəbər komandası, həmin Allahverdiyevlər ailəsi ilə bağlı maraqlı sujet hazırlayıb.

Kəmalə Cahidqızı: "Bura bizim qədim şuşalılar, qalalılar bazar başı meydanı deyirdilər. Necə Bakının Tarqovusu, bura da elə. Bir az bekar qalan kimi şuşalılar çıxırdılar meydana gəzməyə. Elə hündür ağaclar var idi, sıx ağaclar, hamısını kəsiblər. Bu binanın 3-cü mərtəbəsində mənim iş yerim idi. Şuşa qəzetinin redaksiyası orada yerləşirdi. Bir dəfə bizə dedilər ki, orada bir Qızıl qaya var. Ondan soruşursan ki, Qızıl qaya qızılın var, o da sənə cavab verir ki, var. Biz də çox sadəlövcəsinə qışqırırdıq ki, qızılın var səsimiz exo verirdi - var, var.

Mən dərk elədim ki, Şuşaya qayıdanda elə ordan çıxdığım yaşda hiss edəcəm, mənə elə gələcək ki, məktəbi yeni bitirmişəm. Ondan sonrakı hissəsini yaşamamışam. Şuşa mənim qayğızsız uşaqlığım idi, yaşaya bilmədiyim gəncliyim idi. İnşallah ki, indi də qayğısız qocalığım olacaq".

Şuşalılar indi 28 ildir olmadıqları qədər sevincli və xoşbəxtdilər. Artıq bu insanlar Şuşada ilk gedəcəkləri yerləri də müəyyənləşdiriblər.

Cahid Allahverdiyev: "Şəxsən mənim ilk görmək istədiyim şey valideyinlərimin məzarıdır, ondan sonra Cıdır Düzüdüzü, İsa bulağ, Topğana meşəsi. Düşünürdüm ki, yaşımın bu vaxtında vətənimdən bixəbər gedəcəm. Öz-özümə deyirəm ki, Şuşaya gedəndən sonra bəlkə də 3-5 il də ömrüm uzanar".

Adilə Allahverdiyeva: "Nəyə heyifslənirəm ki, bizim bir dənə də olsun gənclik şəkilimiz yoxdur orda, getdiyimiz, gəzdiyimiz yaylaqlarda, bulaqlarda bircə dənə də şəkilimiz qalmayıb ki, nəvələrimizə göstərək, deyək - bax biz belə yaşamışıq. Ağlımıza gəlməzdi ki, başımıza belə bir şey gələr".

Dedik bir az Ağdamda qalaq, sonra qayıdarıq. Bir vaxt "qayıdarıq" deyib çıxdıqları Şuşaya Allahverdiyevlər ailəsi yenidən qayıdacaq. Amma düz 28 il sonra. Yəqin ki, indi nə şəkillərini, nə də evlərini qoyduqları kimi tapacaqlar. Lakin onları indi donmuş kadrlardan, daş binadan daha böyük canlı, azad Şuşa gözləyir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə yük maşını çay yatağına aşdı, sürücü öldü
“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”
Milli Xalça Muzeyinin Şuşa filialı 31 ildən sonra bərpa edildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər