Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40403
az

Erməni "Meydan"ı...

00:1522 Oktyabr, 2020
599
QARABAĞ
  • A

Sentyabrın 27-dən başlayaraq Azərbaycan 30 ilə yaxındır işğal altında olan öz torpaqlarında haqq mübarizəsi aparır. Ordumuzun işğalçı Ermənistana qarşı apardığı bu mübarizə həm ölkədə, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə inanılmaz bağlılıq yaradıb. Bu gücdən ilham alan ordumuz inamla irəliləyir və tez-tez ölkə rəhbərliyi tərəfindən işğaldan azad olunan ərazilərimizin adları açıqlanır.

Bu, bizim haqq savaşımızdır və sonunun zəfərlə bitəcəyi heç kimdə şübhə doğurmur. Bu gün təkcə azərbaycanlılar deyil, Azərbaycana heç bir bağlılığı olmayanlar da bu mübarizəni maraqla izləyir və ölkəmizə dəstəyini müxtəlif yollarla açıqlayırlar.

Lakin belə bir məqamda Azərbaycanın apardığı haqq savaşına qarşı çıxanlar da var. Bunlardan biri də içimizdə olub, lakin qarşı cəbhəyə xidmət edən "Meydan TV"dir.

Bu, əslində, indi bilinən həqiqət deyil. Bu, planlanlaşdırılmış bir layihə idi və hazırda davam edən proseslər nəticəsində də sözün həqiqi mənasında sözügedən internet televiziyası özünü bir daha ifşa etmiş oldu.

Bunun nəticəsidir ki, Meydan TV növbəti dəfə özünün ermənilərlə bağlılığını ortaya qoyub. Dəfələrlə ermənilərdən və erməni lobbisinə bağlı təşkilatlardan qrantlar aldığı məlum olan kanalın "Müharibə, yoxsa insan həyatı?" başlıqlı məqaləsi cəbhədəki əsgərə ən böyük xəyanətlərdən biri deyil, bəs nədir?

Sözügedən kanal Azərbaycanın uzun müddət sülhlə bağlı danışıqlara sadiq qaldığını, müxtəlif vaxtlarda erməni təxtibatları ilə üzləşdiyini ön plana çəkmək əvəzinə, niyə belə yola ət atır? Artıq bu sualın cavabı aydındır!

Məqalənin müəlliflər bölməsində "Anonymous Anonymous" yazılmağı da məqalənin ermənilər yaxud ermənilərə bağlı qurumlar tərəfindən yazıldığını sübut edir. Əks təqdirdə xəyanət yazısının müəllifləri açıq şəkildə qeyd olunardı.

Onu da qeyd edək ki, bundan əvvəl də Meydan TV müxtəlif erməni müəlliflərlə əməkdaşlıq edib. Onnik Krikoriyan, Qayana Mkrtıçyan, Edita Badasyan kimi erməni jurnalistlər sülhlə bağlı "layihələrini" Meydan TV vasitəsiylə yayıblar.

Bundan başqa, dəfələrlə cəbhə bölgəsindəki gərginliklərdə erməni sosial media seqmentinin üzdə olan bloggerləri Meydan TV-nin materiallarına istinadlar ediblər. 2016-cı ilin aprel döyüşlərində Ani Marqaryan adlı erməni "facebook" sosial şəbəkəsində "Meydan TV"-nin yazısını paylaşaraq öz həmyerlilərini sakitləşdirməyə cəhd edir və onları əmin etməyə çalışır ki, guya Azərbayan müharibəyə hazır deyil.

Ani Marqayan "Meydan TV"-yə istinadən edərək qeyd edir ki, guya Azərbaycanda devalvasiyadan sonra insanların hökumətə olan inamı tamamilə azalıb, iqtisadi böhrana görə azərbaycanlılar müharibəyə hazır deyillər.

Bundan bir müddət əvvəl də Meydan TV-yə iş elanıyla bağlı erməni jurnalist Onnik Krikorian elan paylaşmış və Meydan TV-nin CEO-ları arasında ermənilərin olmağı ciddi müzakirə olunmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı