Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39889
az

General anons verdi: İldırımsürətli qələbə...

14:5209 Oktyabr, 2020
475
QARABAĞ
  • A

Ordumuzun hücum əməliyyatlarını taktiki cəhətdən çox dəqiq hesablanmış bir əməliyyat hesab edirəm. Çox yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış əməliyyatlardır.

Oxu24.com xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində apardığı uğurlu əks-hücum əməliyyatlarından danışarkən deyib. Yaşar Aydəmirov bildirib ki, düşmənin dərinliklərindəki hədəflər ordumuz tərəfindən yüksək dəqiqliklə məhv edilir:

“Taktiki cəhətdən düşmənin gözləmədiyi istiqamətlərdən həyata keçirilən çox dəqiqliklə hazırlanmış hücum əməliyyatıdır. Bu elə bir əməliyyat planıdır ki, əsas zərbə istiqamətini ermənilər heç cür təyin edə bilmirlər. Gözlənilməz, dərrakəli və ağıllı hücumlar həyata keçirilir. Müasir silahlardan da qarışıq şəkildə tətbiq edilir ki, bu da düşməni çaş-baş salır”.

Ehtiyatda olan general-leytenant onu da əlavə edib ki, bu gedişlə ildırımsürətli qələbə xəbərləri alacağıq:

“Əgər üçüncü dövlətlər bu məsələyə qarışmasa və bizə mane olmasa, bizim qısa zamanda böyük nəticələr əldə edəcəyimiz faktdır. Torpaqlarımız tezliklə azad olunacaq. Ermənilərin əsas bazaları, əsas ehtiyatları, əsas atış nöqtələri, əsas atəş vasitələri artıq sıradan çıxarılıb. Bu da mütləq üstünlüyün bizim tərəfimizdə olmasının göstəricisidir. Əminəm ki, tez bir zamanda tam qələbə qazanacağıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...