Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39841
az

"Kontakt Home" bir həftəlik nağd gəlirini yaralı əsgərlərin müalicəsinə xərcləyəcək

12:4808 Oktyabr, 2020
326
QARABAĞ
  • A

"Kontakt Home" mağazalar şəbəkəsi bir həftə ərzində satdığı məhsullardan əldə etdiyi nağd gəlirlərin hamısını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək. Bu məbləğin hamısı Qarabağın işğaldan azad olunması uğrunda hazırda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə xərclənəcək.

10-16 oktyabr tarixlərində "Kontakt Home" mağazalarında nağd və taksitlə alış-veriş edərək siz də bu yardımda pay sahibi ola bilərsiniz. Toplanmış məbləğlər gündəlik olaraq www.kontakt.az və "Kontakt Home"un rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq.

"Kontakt Home" Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır. Şəbəkə həmçinin səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox "Kontakt Home" əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi