Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25910
az

Şəhid atası: "Fəxr edirəm ki, şəhid atasıyam" - VİDEO

15:3506 Mart, 2020
706
QARABAĞ
  • A

"Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, nə qədər, Orxan kimi balalarımız var, bir qarış torpaqlarımız belə heç zaman düşmən tapdağı altında qalmayacaq".

"Report"un Muğan bürosunun məlumatına görə, bu sözləri şəhid Orxan Paşazadənin atası Nazim Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Mənim balam son damla qanına qədər vuruşdu və düşmənləri geri çəkilməyə məcbur etdi. Oğlum Vətən yolunda qurban getdi. Ona görə də, fəxr edirəm ki, mən şəhid atasıyam", - şəhid atası vurğulayıb.

Qeyd edək ki, şəhidin atası Nazim Paşazadə Cəlilabad rayonunun Cəfərxanlı kənd orta məktəbində tarix müəllimi işləyir.

Xatırladaq ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.


Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O.Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib. Medal Dövlət Sərhəd Xidmətinin rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xocalıda insan qalıqları TAPILDI
İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlə vida mərasimi keçirilir

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub