Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23106
az

Qarabağa qoşun yeridiləcək, ermənilər küçələrdə güllələnəcək - Paşinyanın DƏHŞƏTLİ PLANI

12:3422 Yanvar, 2020
718
QARABAĞ
  • A

“Rəsmi Bakının rəsmi İrəvanla danışıqlara necə başladığını hər kəs xatırlayır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın əvvəlki razılaşmaları pozmasına göz yumaraq, erməni baş nazir Nikol Paşinyana sülh danışıqlarının davam etdirilməsini təklif etdi. Belə ümidlər var idi ki, Paşinyan “Qarabağdan gəlmə” olmadığı üçün onunla sülh danışıqları aparmaq daha asan olacaq. Rəsmi danışıqlarda, eləcə də üçüncü ölkələrdə görüşlər zamanı girovların azad edilməsi məsələsi üzərində razılaşmalar da oldu. Lakin reallıq tamam fərqlidir”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı şərhçi Boqdan Polulyax “politrus” saytında dərc olunan məqaləsində yazıb.

Şərhçi qeyd edir ki, Paşinyan danışıqlar prosesinə tamamilə zidd olan “Qarabağ Ermənistanındır” kimi bəyanatlar verməklə vəziyyəti bilərəkdən kəskinləşdirməyə çalışır.

“Son zamanlar tez-tez o versiyanı eşidirik ki, Nikol Paşinyan Dağlıq Qarabağda “hakimiyyəti” ələ almaqla, gələcəkdə ərazilərin Azərbaycana qaytarılmasını asanlaşdırmaq istəyir. Hərçənd, möcüzələr yalnız xeyirxah nağıllarda olur. Dağlıq Qarabağla bağlı möcüzə gözləmək mümkün deyil, ortada amansız reallıq var. Bu reallıq ondan ibarətdir ki, Paşinyan Qarabağ üzərində nəzarəti tam ələ almaqla “Qarabağ klanı” adlandırılan rəqiblərini siyasi meydandan uzaqlaşdırmaq niyyətindədir. Martın 31-də Qarabağda keçiriləcək “parlament və prezident seçkiləri”ndə buna tam nail olmağı planlaşdırır. Lakin “seçkidə” Paşinyanın namizədi qələbə qazanmasa, istisna deyil ki, Xankəndinə qoşun yeridiləcək. Bu ssenarini qurmaq çətin olmayacaq: etirazçılar küçələrə çıxacaq və təhlükəsizlik qüvvələrinin güllələrinə tuş gələcəklər. Bu vaxt Paşinyan “mülki vətəndaşların xilası” üçün prosesə qarışacaq. Bununla Dağlıq Qarabağa Ermənistanın tərkibində statusun verilməsi üçün də “ciddi əsas” yaradılacaq”, - şərhçi vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu
Şuşaya növbəti köç karvanı yola salınıb
Daha 2 şəhidin nəşi torpağa tapşırılıb - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi