Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2137
az

Türkiyəli rejissor Biləsuvara gəlir - Mübariz haqqında film çəkəcək

15:0624 May, 2018
2001
QARABAĞ
  • A
 Türkiyəli rejissor Recai Bokurt Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında bədii filmin çəkilişlərinə başlayıb.

Filmin çəkilişləri ilə bağlı Bakıya gələn rejissor Teleqraf.com-a zərbaycan və Türkiyənin mədəniyyət nazirliklərindən dəstək aldığını açıqlayıb.

Recai Bozkurt Mübariz İbrahimovun təkcə Azərbaycanın yox, Türkiyə və bütün türk dünyasının qəhrəmanı olduğunu deyib:

“Biz beş min illik bir millətə mənsubuq. Şərəflə doğulduq, şərəflə yaşayıb, şərəflə öləcəyik. Azərbaycanın milli qəhrəmanı bütün türk dünyasının qəhrəmanıdır”.

Qeyd edək ki, “Böyük Anadolu” layihəsi çərçivəsində yer alan silsilə filmlərdən ikincisi olan ”Qara bayraq: Mübariz İbrahimov” bədii filmi vasitəsi ilə rejissor Qarabağ həqiqətlərinin dünyaya yayılmasını, Azərbaycanın timsalında türk dünyasına qarşı törədilən zülm və haqsızlığın gündəmə gətirilməsinə çalışacaq.

Bu film Recai Bozkurtun Azərbaycanla bağlı sayca ikinci layihəsidir. Bundan əvvəl rejissorun Azərbaycan və Türkiyə həmrəyliyindən bəhs edən “Türk divanına…” adlı klipi yayımlanmışdı.

Bildirək ki, Biləsuvar və Qubadan sonra filmin Bakı şəhərində də çəkilişləri nəzərdə tutulub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə yük maşını çay yatağına aşdı, sürücü öldü
“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”
Milli Xalça Muzeyinin Şuşa filialı 31 ildən sonra bərpa edildi

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı