Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19057
az

Şəhidin 26-cı yaşı...

10:2216 Oktyabr, 2019
1279
QARABAĞ
  • A
 
Aprel döyüşləri zamanı şəhid olmuş əsgər Əbdülməcid Axundovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Oxu24.com xəbər verir ki, 15 oktyabr  2019-cu il  tarixində  Müdafiə  Nazirliyinin  Mərkəzi  Zabitlər  Evinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuş tədbirdə şəhidin ailə üzvləri, rəsmi şəxslər və ictimai fəallar iştirak edib.
Tədbirdə  çıxış  edən mayor  İlkin  Qayıbov şəhid  Əbdülməcid  Axundovun  həyat yolu və döyüş  uğurları barədə məlumat verib. O, çıxışında belə vətənpərvər  gənclərin  hər bir kəsə  nümunə  olduğunu  qeyd  edib.
Daha sonra şəhidin həyat yolunun əks olunduğu sənədli film nümayiş edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri ilə Azərbaycan Ordusu erməni  mifini darmadağın edib. O, Ermənistanda uzun müddət hakimiyyətdə olmuş hərbi-cinayətkar rejimin süqutunun da məhz  aprel  döyüşləri ilə əlaqələndirib.

Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Xətai  Baxışov  bu cür tədbirlərin daha geniş auditoriyada keçirilməsini təklif edib. O, bildirib ki, Əbdülməcid kimi gənclər yeni formalaşan gəncliyin qürur mənbəyi olmalıdır.
Sonda çıxış edən şəhid anası Ceyran Axundova belə bir tədbirin təşkilinə görə hər kəsə minnətdarlığını bildirib. Şəhid anası tezliklə torpaqların alınmasını  arzu edib.
Tədbirdə mərkəzin musiqiçiləri xüsusi proqramla çııxş edib.

Məlumat  üçün  qeyd  edək   ki, Əbdülməcid Axundov 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb.Ali təhsilini başa vurandan sonra Əbdülməcid 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əbdülməcid Axundov 2016-cı ilin aprelində baş vermiş toqquşmalarda şəhid olub. 9 aprel tarixində Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub.

Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilmiş,adına mükafat təsis olunub.Şəhidin haqqında film çəkilib.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı