Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103914
az

Xankəndiyə köç başlayır

19:0805 Mart, 2024
222
QARABAĞ
  • A

Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb. 

Dövlət Komitəsindən  verilən xəbərə görə, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. 

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. 

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. 

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü