Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90588
az

Nişanlanacağı qız onu yuxuda gördü, nənəsi Paşinyanı döydü — Oqtay Əliyev haqda bilmədikləriniz

10:3709 İyun, 2023
1487
ÖZƏL BÖLÜM
  • A

Rejissor, produsser olsa da, biz onu daha çox yeni ulduzun münsifi kimi tanıyırdıq. Hər zaman gənclərə dəstək olan, istedadı olanı qabağa çəkməyə çalışan biri idi o. 
 

Biri var idi, Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev.
Oktay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvanda ziyalı ailədə dünyaya gəlib. Atası xalq artisti Vidadi Əliyev, anası xalq artisti Elmira İsmayılovadır. Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, tanınmış teleaparıcı Elçin Əlibəylinin qardaşıdır. 

 

 


1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda "kino və dram rejissoru" sahəsi üzrə təhsil alan Oktay Əliyev 1992-ci ildə ordan məzun olub. 
Oktay Əliyevin həyat yoldaşı Dilarə Əliyeva müsahibələrinin birində mərhum əri barədə deyir:  Universitetdə oxuyurdum.  Oqtay mənim gözümə çox güclü biri kimi göründü, düşündüm ki, bu adama sözün əsl mənasında arxalanmaq olar. Universitetdə əksəriyyəti bir problem olan kimi onun üstünə qaçırdı. Nəsə lazım olurdu o, təşkil edirdi. O vaxtlar prodüser idi. Oqtayı kim görürdü başına yığışırdı. Sonra Oqtay diplom tamaşası hazırladı və məni də orada oynamağa dəvət etdi. Mən də Sumqayıtda yaşayırdım. Bir neçə dəfə təklif etdi, amma yol uzaqlığına və havanın qaranlıq olmasına görə qəbul etmədim. Sonda özü yaxınlaşıb 1 aya tamaşanı hazırlayacağını və məni çox məşğul etməyəcəyini bildirdi. Qəbul etdim, amma mən son günə qədər anlamadım ki, Oqtayın mənlə bağlı planları var. Özü də elə ilk dəfədə dedi ki, “mamamgil sizi görüb, xoşu gəlib”. Mən birinci yox dedim. Zaman keçdi və onu sevdiyimi anladım. Baxırdım ki, Oqtay bacarıqlıdır, güclüdür. Sənət baxımından da mən bu sənəti çox sevirəm və inanıram ki, hər zaman mənim yanımda olacaq”. 
Dilarə Əliyeva aparıcısı olduğu "söz-baz" verlişində də bu mövzuya toxunub, zarafatyana demişdi:  "Etiraf edim, hər gün Sumqayıtda 12-ci mikrorayonun dairəsinə, oradan Sumqayıt, Corat, Saray sonra isə Bakıya gəlirdim. O yolu gedib-gəlməyə nifrət edirdim. Onun dərdindən 18 yaşında ərə getdim. Atası xalq artisti, anası xalq artisti, yəni sırf incəsənət ailəsi. Mən də incəsənət xəstəsi. Yox deyə bilməzdim”. 
Onu da vurğulayaq ki, Oktay və Dilarə Əliyeva cütünün Aytən və Banu adında iki övladı var. 
 Omtay Əliyev eyni zamanda 1998-ci ildə qurduğu "SOY" production şirkətinin təsisçisi və prezidentidir. İncəsənət yoldaşları, ailəsi də dəfələrlə vurğulayıb ki, O.Əliyev həm öz productionunda həm də münsifi olduğu verlişlərdə hər zaman gənclərə dəsdək olmağa çalışıb. O özü də verdiyi müsahibələrdə hər zaman bacarıq, istedad deyil də başqa nəyinsə hesabına sənətə gələnləri yıxıb sürüyüb. Verdiyi açıqlamaların birində deyir: "Hər kəs öz tanışını, dostunu, yaxın ətrafını başına yığıb, güya ki film çəkir. Heç nədən başı çıxmayan bir rejissor başlayır ki, gəlin bir film çəkək. Biri ssenari yazır, o birisi deyir qonşumuzda bomba bir qız var, gətirim onu baş rola çəkək. O birisi dostunu, biri sevgilisini başına yığıb, guya sənət əsəri yaradır. Heç maraqlanan olmur ki, filmimə çəkdiyim bu adam laldır, pəltəkdir?!" Oktay Əliyev "Eurovision 2010" təmsilçimiz Səfurə Əlizadəyə görə yarışmanın qaydalarını pozduğunu özü etiraf edib. "İştirakçılara görə münsiflər arasında tez-tez mübahisələr düşürdü. Səfurə Əlizadə və Eldar Qasımova görə aramızda çox böyük mübahisələrimiz olub. Eldar seçim turundan belə keçmədi, çünki çox uşaq idi. Səsinin keçid vaxtı olduğundan münsiflər razı olmadı. Daha zaman keçib, deyə bilərəm. Səfurə Əlizadəni və "Eurovision" təmsilçimiz Səmirə Əfəndini yaşı tamam olmamış keçirmişik. 16 yaş kimi təqdim etmişik. Bu, bizim ən böyük cinayətimiz oldu. İnandırım sizi, həmin vaxt söhbət yayılsaydı, müsabiqə bir kənarda qalacaqdı..." Deyə Oktay Əliyev vurğulayıb Yenidən keçmişə dönsək Oktay Əliyevin uşaqlıq illərində daha hir maraqlı faktla rastlaşa bilərik. O uşaq vaxtı İrəvanda Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın qonşusu olub. Oktay Əliyev o illərlə bağlı xatirələrini belə bölüşür: "İrəvanda Qarabazarın arxasında həyət evində yaşayırdıq. Bizdən 3-4 ev aşağıda Nikol Paşinyanın əmisigili yaşayırdı. Yay ayında şəhər uşaqları rayona gedirdi, rayon uşaqları şəhərə gəlirdi. Onun da anası ölmüşdü, atası da ikinci qadın almışdı. Bu da bir az problemi uşaq idi. Dəli deyildi, amma uşaqlar var ki, nəsə istəyir, almayanda özünü yerə-göyə vurur, ağlayır. Mənim qardaşımla eyni yaşda idi, hərdən birlikdə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı. Demişdi ki, ver sürüm, qardaşım da velosipedini vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi (gülür). Uşaq vaxtında cığal bir uşaq idi”. O özü də vurğulayıb ki, uşaq vaxtı velosiped sürməyi, futbol oynamağı çox sevib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi
ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı