Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89798
az

Xüsusi Təyinatlı Şəhidin doğum günüdür

11:1625 May, 2023
618
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik zirvəsinə nə ucalan hərbçilərindən biri də gizir Quliyev Şəhriyar Nəsib oğludur.

Bu gün onun doğum günüdür.

Oxu24.com  xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəman Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə Ağdam şəhərində anadan olsa da, sonrada ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Uşaqlıqdan idmana maraq göstərən Şəhriyar Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı giziri olub. Quliyev MMA – qaydasız döyüşlə məşğul olub, Gürcüstanda və Türkiyədə xüsusi döyüş təlimləri keçib.

Şəhriyar 2016-cı il aprel döyüşlərində də iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində yenidən döyüşə atılan igid Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşüb.

Cəldliyinə, çevikliyinə və qorxmazlığına görə döyüş yoldaşları onu "Boz Qurd" adlandırıb. 150-dək erməni əsgər və zabitini məhv etdiyi bildirilirdi.

Sonuncu dəfə oktyabrın 23-də Qubadlı istiqamətində gedən döyüşdə xüsusi tapşırığı yerinə yetirərkən düşmən sayca 3 dəfə çox olub və xüsusi muzdlulardan istifadə edib. Şəhriyar rəşadətlə döyüşüb və iki döyüş yoldaşını döyüş meydanından yaralı çıxarıb. Yenidən döyüş meydanına qayıdan zaman qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Şəhriyar Quliyev "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı