Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89413
az

“Qızımı buna görə öldürüblər” - Şəhid xanımının anasından SENSASİON AÇIQLAMA

09:2819 May, 2023
647
ÖZƏL BÖLÜM
  • A

Xəbər verdiyimiz kimi, mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanova qətlə yetirilib.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.

“Astar” kanalı Ləman Qurbanovanın qətlə yetirildiyi Xızı rayonundan xüsusi reportaj hazırlayıb. L.Qurbanovanın valideynləri və Taleh Qurbanovun atası hadisə barədə fikirlərini bildiriblər.

Mərhumun anası Yeganə Məlikova bildirib ki, qızı şəhid ərindən qalan pensiya kartına görə qətlə yetirilib:

“Qorxu içində idik ki, qızımın üzərinə bıçaq çəkmişdi. Taleh Qurbanov hadisədən əvvəl hədələmişdi ki, onu öldürəcək. Səbəb pul idi. Ləmanın şəhid yoldaşı kapitan olduğu üçün 2 min manatdan çox pensiya alırdı. Qızım evdən çıxanda kartlarını və qızıllarını götürüb çıxmışdı. Bu aprelin 15-i baş vermişdi. Baldızı hər dəfə onunla danışanda deyirdi ki, qardaşının haqqı olan kartı onda qoymayacaqlar. Kartları əlindən alacaqlarını demişdi”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı