Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89396
az

Sığorta müqaviləsi olmayanlar 20 gündən sonra yenidən cərimələnəcək - VƏKİLDƏN AÇIQLAMA

21:2918 May, 2023
6197
ÖZƏL BÖLÜM
  • A

Xəbər verdiyimiz kimi Azərbaycanda sığortasız evlərin cəriməsinə başlanılacaq.

Bununla bağlı vətəndaşlarda bir sıra suallar yaranıb.

Vətəndaşları ən çox maraqlandıran suallardan biri də güzəştin olub-olmaması ilə bağlıdır.

Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, bu məsələdə heç kimə güzəşt müəyyən edilməyib.

- İcbari sığorta haqqı ilə bağlı qanunda hər hansı güzəşt nəzərdə tutulmayıb.Əksinə qanunda sığorta haqqına hər hansı güzəştin yaxud əlavənin edilməsi qadağan edilib.

Belə ki, qanunda konkret olaraq göstərilib ki, qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş  icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

(Vəkil - Sadiq Əfəndiyev)

 

Mənzilini sığorta etdirməyənləri hansı cəza gözləyir?

- Qanunla İcbari sığortalar haqqında qanunun tələbərinin pozan şəxslər üçün məsuliyyət müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən daşınmaz əmlakını sığorta etdirməyən fizki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimə nəzərə tutulmuşdur.

İcbari sığorta müqaviləsini bağlamadığına görə şəxs inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün keçdikdən sonra şəxs yenə də icbari sığorta müqaviləsini bağlamamış olarsa, həmin şəxs təkrar məsuliyyətə cəlb olunacaqdır.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı