Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84406
az

Nicat Lənkəranskini kimlər öldürmək istəyib?

14:5211 Mart, 2023
598
ÖZƏL BÖLÜM
  • A
Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.
 
 
 
Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.
 
 
 
İddialara görə, kriminal hesablaşma çərçivəsində o, Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki başqa vətəndaş kriminal klanlar arasındakı hesablaşmanın qurbanı olub. Güllə yarası alan həmin iki nəfər xəstəxanaya yerləşdirilib.
 
 
 
Fotoda: İnsident anı
 
Ətraflı
Ads by
1
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 
 
Qeyd edək ki, Nicat Lənkəranski və Seymur Həsənov əslən Lənkəranlıdır. Nicat mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub. Mediada yayılan məlumatlara görə, o, ötən il Türkiyədə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun qardaşını kriminal hesablaşma müstəvəsində öldürtdürüb. Buna görə də Naxçıvan klanı qisas almaq məqsədilə Nicat və Seymuru öldürtmək qərarına gəlib. Şahmar İsmayılovu killer kimi tutub.
 
 
 
Saxlanılanlardan Elvin Qasımov isə Emin Naxçıvanskinin qardaşıdır.
 
 
 
Xatırladaq ki, insident zamanı təsadüfən ərazidən keçən 2002-ci il təvəllüdlü tələbə Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllələnib. Hazırda onların müalicəsi davam etdirilir.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA