Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83204
az

Firəngiz Mütəllimovanın ailəsi niyə dağılıb? – Xalq artisti haqda bilmədiklərimiz

12:0422 Fevral, 2023
1856
ÖZƏL BÖLÜM
  • A

“Ömrümün ən xoşbəxt anı imiş, bilmirdim”. Bu Orxan Pamukun “Məsumiyyət muzeyi” romanının ilk cümləsi və əksər sənət adamlarının həyatının sloqanıdır. O da, həyatının ən xoşbəxt anının üstündən illər keçəndən sonra bildi ki... Biri var, yaratdığı Gülnar obrazı həyatının kabusuna çevrilən Xalq artisti Firəngiz Mütəllimova

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Əslən şuşalıdır. Ailədə üç bacı, bir qardaş olublar. Valideynləri onun aktrisa olmağını istəməyib.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.
Teatrda fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Ancaq iş elə gətirib ki, ailə həyatı ilə bağlı bir müddət teatrdakı işindən ayrılıb. 1996-cı ildən yenidən Akademik milli dram teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.
Aktrisa eyni zamanda "Qaçaq Nəbi" "Qocalar, qocalar", "Bəyin oğurlanması" , "İşarəni dənizdən gözləyin", "Mənim ağ şəhərim", "Şərəf" filmlərdə aparıcı rollar oynayıb.

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan cənubi azərbaycanlı ilə ailə quran Firəngiz Mütəllimova övladı olmadığına görə bu evliliyə öz istəyi ilə son qoyub. Bu haqda o, müsahibələrinin birində deyir:

“Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim. Bu sənət təkcə öz şəxsi həyatımı əlimdən alıb. Bəlkə də vaxtında ailə qursaydım, övladım olardı. Allaha qurban olum, nələrisə əlimdən aldı, nələrisə verdi. Mənim həyat qurmağa vaxtım çatmadı. Birdən-birə ardıcıl olaraq gündə 4 tamaşa məşq edirdim. O vaxt evim yox idi, kirayədə qalırdım. Bəzən iki-üç gün çörək tapmadığım vaxtlar olub. Belə şəraitdə kiminləsə görüşüb ailə qurmağa nə şərait vardı, nə də vaxt. İnanın ki, filmlərə də çəkilməyə vaxt tapmırdım. O qədər filmlərin çəkilişlərindən imtina etmişəm ki... Bəzən olur ki, aktrisa olmağıma acığım tutur. Görürsən, sənə elə söz göndərirlər ki, lap ətin tökülür. Bəziləri elə bilirlər ki, ciblərində bir az pulları varsa, deməli, kişidilər. Kişilik başqa şeydir, pulla ölçülə bilməz. Bəzən elə əsəbiləşmişəm ki, hətta bu teatrdan çıxıb getmək istəmişəm. Amma getməmişəm”.

Bu tamaşadan sonra tamaşaçılar Yaşar Nuri ilə aktrisanı bir-birinə yaraşdırmağa başlayırlar. Onların sevgili olması haqqında şayiələr artmağa başlayır. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım müsahibələrinin birində həyat yoldaşının Firəngiz xanımı sevdiyini deyəndən sonra Firəngiz xanım məsələyə belə münasibət bildirir:

“Nə bilim, vallah, Yaşarı mən həddindən artıq çox istəyirdim. Əslində, o mənim gənclik sevgim olub. Amma özü mənə heç vaxt deməyib ki, səni sevirəm. Biz çox yaxın dost olmuşuq. Mən onun yalnız Rəhimə xanımı sevdiyini bilirəm. Doğrudur, qastrol səfərlərində olanda həmişə məni qoruyub, orda oturma-burada otur, filan, mən də bunu bir böyük qardaş kimi etdiyini düşünmüşəm. Sözün düzü Rəhimə xanım da sağ olsun, heç vaxt bizi qısqanmayıb. Hər dəfə mən onlara gedəndə gülə-gülə deyirdi ki, Yaşar sevgilin gəldi. Biz sadəcə çox yaxın dost olmuşuq, bəlkə də Rəhimə xanım bunu nəzərdə tutub”.

Bu tamaşadan sonra aktrisaya çoxsaylı tamaşaçı məktubları gəlməyə başlayır. Firəngiz xanım həmin günləri belə xatırlayır:
“O vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb”.

2013-cü ildə aktrisanın səhhəti qəfildən pisləşir, başında kəskin ağrılar yaranır. Bakıda müayinələrdən keçən aktrisaya həkimlər Türkiyəyə getməyi məsləhət görürlər. Əməliyyat keçirməli olan aktrisa orada rəsmi sənədlərə imzalayır atır. Bu imza ilə aktrisa əməliyyatdan sağ çıxmamaq ehtimalının olmasını anlaqlı şəkildə qəbul edir. Ancaq əməliyyat uğurlu keçir, Firəngiz xanım sağ-salamat Bakıya qayıdır.

Xalq artistinə can sağlığı, “Səni axtarıram” filmindən “Səni axtarıram” verilişinə düşən Azərbaycan televiziya məkanına isə Gülnar qədər məşhur bir obraz yaratmağı arzulayırıq...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü