Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79874
az

Tramp Bakıdakı oteldən nə qədər pul qazanıb? - SENSASSİON SƏNƏD YAYILDI

18:2401 Yanvar, 2023
688
ÖZƏL BÖLÜM
  • A

ABŞ Konqresindəki Demokratlar keçmiş prezident Donald Trampın Ağ Evin rəhbəri olduğu 2015-2020-ci illər üçün vergi bəyannamələrini açıqlayıb.

Trampın özü vəzifədə olarkən bunu etməkdən imtina etmişdi və bununla da ABŞ-da mövcud olan ənənələri pozmuşdu.

Nəticədə Demokratlar keçmiş prezidentin vergi bəyannamələrini açıqlamaq üçün məhkəməyə müraciət ediblər. ABŞ məhkəməsi iddianı təmin edib və minlərlə səhifəlik maliyyə sənədləri demokratlara təhvil verilib.

Oxu24.com xarici mətbuata istinadən xəbər  verir   ki, məlum olub ki, Tramp prezident postunda olarkən bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycandan on milyonlarla dollar gəlir əldə edib.


Tramp prezident seçilən kimi onun Bakıda otel açmaq planları puç olub

Ən qalmaqallı məqamlardan biri də Trampın prezidentliyi dövründə ABŞ-ın ən böyük geosiyasi rəqibi olan Çində bank hesablarının olmasıdır. Üstəlik, 2020-ci ildə Co Baydenlə seçkiqabağı debat zamanı eks-prezident bu faktı təkzib edərək, yuxarıda qeyd olunan hesabların çoxdan bağlandığını bildirib. Vergi bəyannamələri Trampın yalan danışdığını sübut edir.

O da məlum olub ki, Tramp 2016-cı ildə 38 milyon dollar, 2017-ci ildə isə 55 milyon dollar ümumi gəliri olub. ABŞ-ın eks-prezidenti Azərbaycan, Hindistan, İndoneziya, Panama, Filippin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə pul qazanıb. Mütəxəssislər bildirirlər ki, bu xarici pulların konkret mənşəyi məlum deyil.

Gəlirlə yanaşı, Tramp xaricdəki sərmayələrində də on milyonlarla dollar pullar xərcləyib. 

Vergi bəyannaməsində Trampın Azərbaycandakı gəlir mənbəyi göstərilməsə də, görünür, söhbət onun Bakıdakı “Trump Hotel” layihəsindən əldə etdiyi gəlirdən gedir.

Bildiyiniz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Trampın ailə şirkəti ilə biznes sövdələşməsi edərək Bakının mərkəzində tikilmiş yelkənvari otel və yaşayış kompleksinə onun adını verib.


Amerika mətbuatı bu sövdələşmədən Tramp prezident seçildikdən sonra yazıb və eyni zamanda onun Bakıda otel açmaq planlarının iflasa uğradığını qeyd edib.

Məsələn, 2017-ci ildə The New Yorker-də dərc olunmuş məqalədə bildirilirdi ki, 5 ulduzlu yelkən formalı dəbli otel olan Trump International Hotel Tower Baku, demək olar ki, tamamlanmış kimi görünsə də, heç vaxt açılmayıb.

Xatırladaq ki, binanın tikintisi ilə bağlı planlar 2008-ci ildə, memarlar Azərbaycan paytaxtının mərkəzində “elitar yaşayış binası” layihəsini hazırlayanda açıqlanmışdı. 2012-ci ildə “Trump Organization” şirkəti ilə azərbaycanlı inşaatçılar binanın lüks otelə çevrilməsi üçün müqavilə imzalayıblar. Təşkilatın baş hüquqşünası Alan Qarten bildirib ki, Tramp otelin tikintisi prosesində yalnız nominal rol oynayıb: o, Anar Məmmədova öz adından istifadə etməyə icazə verən “sadəcə lisenziya verən” olub. Bu barədə “The New Yorker” məlumat yayıb.

 


2018-ci ildə New York Times yazıb ki, Tramp təşkilatı 2016-cı il seçkilərindən qısa müddət sonra bu lisenziya müqaviləsini geri götürüb, çünki o zaman prezident üçün maraqların toqquşması yarada biləcək bütün beynəlxalq layihələrin dayandırılması nəzərdə tutulurdu. Bununla belə, layihədə iştirak edən üç Trump L.L.C. şirkətinin vergi qeydləri konsaltinq xidmətləri üçün cəmi 1,1 milyon dollar ayırmaları göstərir.

Associated Press agentliyinin 2016-cı ildə dərc etdiyi araşdırmada bildirilir ki, Bakıda otel layihəsi tamamlanmasa da, Trampa  külli miqdarda pul ödənilib. Belə ki, Tramp kampaniyasının yaydığı bəyannamədə onun otel idarəçiliyi xidmətlərinə görə 2,5-2,8 milyon dollar qazandığı və nəticədə heç açılmadığı göstərilib. Donald Trampın qızı İvanka “Trump Organization”un Bakı layihəsində ən yüksək vəzifəli məmuru olub. Həmin vaxt Tramp Azərbaycanın ən korrupsioner məmurlarından biri olan Ziya Məmmədovun oğlu ilə münasibətlərinə görə Amerika mətbuatı tərəfindən kəskin tənqid edilib.

Trampın özü vergi bəyannamələrinin açıqlandığını öyrəndikdən sonra demokratları hədələyərək “bunun üçün siyasi qiymət ödəməli olacaqlarını” deyib. "Radikal Sol Demokratlar bütün silahlarını mənə qarşı istifadə etdilər, lakin bunun təhlükəli ikitərəfli yol olduğunu unutmayın!" - eks-prezident vurğulayıb.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Dələduzluq edən paytaxt sakini həbs edilib