Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79170
az

İran Laçın dəhlizinin qisasını almaq üçün Naxçıvanla yolu bağlayıb?- ERMƏNİ RADİOSU

08:4321 Dekabr, 2022
1679
ÖZƏL BÖLÜM
  • A

İran Azərbaycandan Naxçıvana avtomobillərin hərəkətini dayandırıb?

Oxu24.com xəbər  verir   ki,  ğzünü “İran üzrə ekspert” kimi təqdim edən “Pakagits” analitik platformasının koordinatoru Artin Arakelyan öz Telegram kanalında bildirib ki, Laçın yolunda baş verənlərə cavab olaraq İran Azərbaycandan Naxçıvana avtomobillərin hərəkətini dayandırıb.

Arakelyan yazır: “İran bir neçə gündür ki, İslam Respublikası ərazisindən keçən Bakı-Naxçıvan magistral yolunu bağlı saxlayır. Bu, Laçın dəhlizinin bağlanmasına cavab olaraq edilib."

Ermənilər İrandan Naxçıvana gedən yol haqqında niyə saxtakarlıq ediblər?
 

Qeyd edək ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyatın dayandırılması çağırışları hələ dekabrın əvvəlində, azərbaycanlı ekoloji fəalların Laçın-Xankəndi yolunda aksiyasına başlamazdan bir neçə gün əvvəl İranda eşidilib. İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın Telegram kanalları və internet saytları bunu Azərbaycan və Türkiyə ordularının İranla həmsərhəd bölgələrdə keçirdiyi “Qardaş yumruq” birgə hərbi təlimlərindən sonra səsləndirib.

Məsələn, İran xüsusi xidmət orqanlarına yaxın olan və mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparan “Bultan News” saytı Biləsuvardan Naxçıvana səfərləri dayandırmağa çağırıb. Saytda bildirilir ki, “bu yolun ciddi təmirə ehtiyacı var və istifadə etmək mümkün deyil”. Çağırış müəllifləri həmçinin vurğulayırlar ki, Azərbaycan Türkiyə ilə “talışların məskunlaşdığı cənub bölgələrində” birgə təlimlər keçirib.

Saytın yazdığına görə, “NATO qüvvələrinin Biləsuvarda, İran sərhədlərindən çox da uzaqda olmaması Naxçıvana gedən yolun təhlükəsizliyini təhlükə altına qoyur”.

Lakin “İran üzrə ekspert”in dediklərini İrandan Naxçıvana gedən Azərbaycan yük maşınlarının sürücüləri də təsdiqləmir. Sürücülərdən birinin dediyinə görə, nə o, nə də həmkarları yolun bağlanması ilə bağlı heç nə eşitməyiblər və hələ də İran tərəfdən heç bir maneə ilə üzləşməyiblər.

Biləsuvar sakinləri də Haqqın.az-a açıqlamalarında  İrandan Naxçıvana gediş-gəlişin dayandırılmadığını təsdiqləyirlər.

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi