Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78557
az

Flora Kərimovanın görün neçə yaşı var imiş - Sevilən sənətkar haqda bilmədikləriniz

21:4811 Dekabr, 2022
1836
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan musiqi aləminin sevilən simalarındna olan Flora Kərimovanın yaşı hər kəs üçün böyük maraq doğurur.

Oxu24.com xəbər verir ki,Flora Kərimova 1941-ci il iyulun 23-də Qutqaşen(Qəbələdə) anadan olub. Anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.

Flora Kərimova Azərbaycan estradasında ən yüksək  oktava səsə malik müğənnidir.

Flora Kərimova həmçinin müstəqil  Azərbaycanın ilk xalq artisti kimi də tarixə düşüb.

Sevilən sənətkarın  81 yaşı var.

Flora Kərimova 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini sındırıb Qarabağa torpaq iddiası qaıdırıb Azərbaycan torpaqlarına qarşı hücuma keçən zaman Bakıda Azadlıq Meydanında etirazını bildirən ilk qadın döyüşçü olub. Daha sonra Flora Kərimova 1989–1992-ci il Azərbaycan Azadlıq Meydan Hərakatının ən fəal aktivistlərindən birinə çevrildi. Azərbaycan Respublikasının Müstəqilliyinin əldə olunması və İstiqlaliyyətinin bərqərar olunmasında Flora Kərimovanın əvəzsiz və xüsusi xidmətləri olub.

Flora Kərimova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus Sovet Ordusunun hücumları ərəfəsində küçələrə çıxaraq öz etirazını qorxmaz şəkildə ifadə edib.Həmin vaxt Flarmoniyanın yanında toplaşan kütləyə rus sovet tanklarından biri qəflətən sürmüş hər kəs qaçaraq ətrafa səpələnib, təkcə bir qadından başqa, kimki qollarını açaraq tankin düz önündə dayanmışdı və O Flora Kərimova idi. Bu cəsarətli hərəkəti ilə Flora Kərimova tankı durdurmuş və ikinci dəfə şəhərə daxil olmasının qarşısını alıb.

Fora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsi oğurlanıb. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən xalq artisti Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövləti sənətkara ümumən 59 min 100 avro təzminat ödəyib.

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

 

 

 

Hazırladı: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO