Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78231
az

Bu gün Şəhidimizin doğum günüdür

11:2308 Dekabr, 2022
86
ÖZƏL BÖLÜM
  • A

Bu gün Şəhidimizin doğum günüdür.
 

Oxu24.com Samir Vaqif oğlu Fərzəliyev 08 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Samir evin, ailənin 3 övladından biri olub.

İki qardaş, bir bacı olublar. 2002-2011-ci illərdə Quzanlı orta məktəbində təhsil alıb. 2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa buraraq, evinə, ailəsinə dönüb.

2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda müddətdən artıq Hərbi Xidmət kursuna yazılıb, sentyabrın 7-də, Vətən müharibəsindən cəmi 20 gün öncə MAHHHQ kimi fəaliyyət göstərməyə başlayıb.

Samir Vətən müharibəsinin ilk dəqiqələrindən döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib və Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, şəhidlik məqamına ucalıb. 15 oktyabr 2020-ci il tarixində də Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO