Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77260
az

DTX Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır

18:3723 Noyabr, 2022
241
  • A

Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.

 

Oxu24.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

 

Artıq məsələ ilə bağlı DTX-nın istintaq orqanında bir sıra şəxslər dindirilir, prosessual hərəkətlər aparılır.

 

Dindirilənlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da var.

 

Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verilən şəxs Fərhad Əhmədovdur.

Fərhad Əhmədovun köməkçisi manset.az-a açıqlamasında Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır.

 

Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı açıqlama verməyib.

 

İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır.

 

Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.

 

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.(APA)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini insanların gözü qarşısında  öldürdü  — Qohumları düşmən edən CİNAYƏT +VİDEO