Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76873
az

Şəhid əsgərin doğum günüdür: Yaşasaydı 23 yaşı olacaqdı

11:4819 Noyabr, 2022
88
ÖZƏL BÖLÜM
  • A

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Həsənov Maarif Rahim oğlunun doğum günüdür.

Oxu24.com xatırladır ki, Maarif Rahim oğlu Həsənov 1999-cu il noyabr ayının 19-da Göyçay rayonunda anadan olub.

2020-ci il sentyabr ayının 29-da qismən səfərbərlik haqqında sərəncama əsasən, Maarif Həsənov Vətən müharibəsinə yollanıb.

Maarif təxminən 7 ay əvvəl həqiqi hərbi xidmətdən qayıtmışdı. Oktyabr ayının 12-dən ailəsi Maarifdən xəbər ala bilməyib.Nəhayət, 35 gündən sonra Maarif Rahim oğlu Həsənovun 2020-ci il noyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olması xəbəri gəlib.

Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, həlak olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Sonradan hərbi xəstəxanada müalicə olunarkən Maarifin valideynlərinə zəng edərək Maarifin onun həyatını xilas etdiyini bildirir və belə igid, qeyrətli, vətənpərvər oğul böyütdüklərinə görə onlara ürəkdən təşəkkür edir.
Maarif Həsənov Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.
Maarif Rahim oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Belə bir müdrik deyim var:Qəhrəman doğulmurlar, qəhrəman olurlar! Həqiqətən, çox real və ibrətamiz deyimdir. Göyçayın qəhrəman şəhid oğlu Maarif Həsənovun mərd, cəsur və cəsarətli hərəkəti bu müdrik deyimi bir daha təsdiqlədi.
Ruhu şad olsun!

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı