Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75705
az

Fərariliyə görə həbs edildi, 5 dəfə evləndi, özündən 37 yaş kiçik qız aldı - VİDEO

12:5903 Noyabr, 2022
1266
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan teatr tarixinin unudulmaz sənətkarlarından birini anırıq... Biri var idi, sənət həyatı stabil, şəxsi həyatı dəhşətli eniş-yoxuşlarla zəngin Xalq artisti Hacıbaba Bağırov

Oxu24.com  xəbər  verir   ki, Hacıbaba Bağırov 1932-ci il iyunun 6-da Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra isə Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. H. Bağırovun yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrının uzun illər rejissoru olmuş Soltan Dadaşov oynayıb. Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir.

Həmçinin oxu: Rubl görün neçəyə oldu

                        TƏCİLİ ELAN! İşçi tələb olunur: MAAŞ 2000 AZN

                        "Sən bir nəğmə" nin Ceyranı illər sonra belə görüntüləndi - FOTOLAR

 

 

 

Musiqili Komediya Teatrının tarixində ən məşhur və uğurlu tamaşalardan olan “Hicran” tamaşasında əfsanəvi üçlüyün (Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslanın) yaratdığı aktyor ansamblı öz təkrarsızlığı ilə yadda qalıb. Çoxları isə bilmir ki, bu səhnələri yaradan zaman aktyorlar küsülü idi. 

1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1996-cı ildən Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.
AzTv-nin keçmiş sədri, mərhum Elşad Quliyev Hacıbaba Bağırovun ana bir, ata ögey qardaşı olub.
Aktyor 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.
Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib. Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, xalq artistinin bu nikahdan övladı olmayıb.

Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən olan Şölə adlı qızı olub.
Sənətkarın ilk övladı son övladından 50 yaş böyükdür.
Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edirlər ki, bu, absurddur və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər:
“O iki şeyi çox sevirdi. Qadınlarla intim münasibətlər qurmağı və gözəl geyinməyi. Axı bəy nəslindən idi”.

Bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.
Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin o vaxtki sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. 

O, teatra daxil olan kimi əməkdaşlar qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H. Bağırov imiş. Hətta bəzən aktyorun probleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahiş etməyi də özünə ar bilməzmiş.
Sənətkarın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər “ölüm-itim dünyasıdı, birdən görüşmərik…” olub. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişib.
O, 2000-ci illərə qədər yaşayan barmaqsayı incəsənət korifeylərindən idi. Bu gün onu bizə xatırladan isə təkcə əzizləri, övladları yox, daha əbədi əlamətləri, yəni obrazlarıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”