Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74862
az

Putinin dünən Ukrayna müharibəsini tapşırdığı general Surovikin KİMDİR? – QANLI DOSYE

20:0811 Oktyabr, 2022
392
ÖZƏL BÖLÜM
  • A

Ötən gün Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” kimi qələmə verdiyi Ukraynaya müdaxilədə iştirak edən Birləşmiş Hərbi Qüvvələrin komandanının dəyişdirildiyini açıqlayıb.

Son günlər bəzi cəbhələrdə verilən itkilərdən və Rusiya daxilində artan narahatlıqdan sonra prezident Vladimir Putin Ukraynada döyüşən qoşunların komandanlığına əvvəllər Tacikistan, Çeçenistan və Suriyada xidmət etmiş general Sergey Surovikini gətirib.

Sözügedən qərar isə dünya mediasında müzakirə obyektinə çevrilən mövzulardan olub.

Amansızlığı ilə tanınan general Surovikin kimdir?

1966-cı ildə Novosibirsk şəhərində anadan olan general iyun ayında Cənub Hərbi Qrup Komandanlığına təyin olunub. Son qərarla Ukrayna müharibəsindəki bütün Rusiya qüvvələri Surovikinə tabe edilib. Bundan əvvəl Surovikin Hava-Kosmik Qüvvələrinin komandanı kimi Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına komandanlıq edib və oradakı xidmətlərinə görə 2017-ci ildə “Rusiya Qəhrəmanı” medalına layiq görülüb.

ABŞ-da yerləşən Ceymstaun Fondunun yaydığı hesabata görə, o, orduda “qəddar” bir insan kimi tanınıb. İstənilən əmri sorğu-sualsız yerinə yetirməyə hazır olduğu vurğulanan hesabatda bu xüsusiyyət sayəsində Surovikinin 2008-ci ildəki radikal hərbi islahatdan sonra sürətlə yüksəldiyi bildirilib. Britaniya kəşfiyyatının hesabatlarında generalın 30 ildən çox davam edən karyerasının amansızlıq və korrupsiya ilə dolu olduğu bildirilib.

İki dəfə həbsdə olub...

Surovikin 1991-ci ildə Sovet İttifaqının dağılmasından bir qədər əvvəl uğursuz çevriliş cəhdi zamanı nümayiş keçirən 3 etirazçının ölümünə səbəb olduğu üçün həbs edilib. Lakin yeddi ay sonra o, prezident Boris Yeltsin tərəfindən məhkəməsiz, sadəcə olaraq, əmrlərə tabe olduğu əsası ilə azadlığa buraxılıb.

Dörd il sonra o, silah qaçaqmalçılığına görə yenidən həbs cəzasına məhkum edilib. Bir il həbsdə qaldıqdan sonra hökm ləğv edildikdən sonra vəzifəsinə qayıdıb.

General Hələb şəhərində dağıntılara səbəb olan hava hücumlarına görə də məsuliyyət daşımaqda ittiham olunur. “Human Rights Watch”un 2020-ci ildə Suriya ilə bağlı dərc etdiyi hesabatda o, 2019-2020-ci illərdə İdlibə edilən hücumlarda törədilən pozuntulara görə məsul olan komandirlərdən biri kimi qeyd edilib.

Digər tərəfdən, Surovikinin təyinatı rus millətçiləri arasında müsbət qarşılanıb. Mətbuata çox nadir açıqlamalar verən Rusiyanın muzdlu şirkəti “Vaqner”in qurucusu Yevgeni Priqojın Surovikini “əfsanəvi şəxs” kimi xarakterizə edib və “Surovikin Rusiya ordusunun ən bacarıqlı komandiridir”, deyə söyləyib.Sfera.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü