Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73117
az

Maaşlar ARTIRILIR: Kimdə nə qədər artacaq? - AÇIQLAMA

11:0522 Avqust, 2022
1112
ÖZƏL BÖLÜM
  • A

"Gəlirlər artdığı üçün büdcəyə yenidən baxılıb. Eyni zamanda dövlət büdcəsində əməkhaqlarının artımı nəzərdə tutulub”.

Oxu24.com  xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

 

 Millət vəkili bildirib ki, hökumət xüsusilə aztəminatlı ailələrin inflyasiyadan çox təsirlənməməsi üçün addımlar atacaq. Onlardan biri də sosial paketin qəbuldir:

"Proqnozlaşdırılan inflyasiya mövcuddur və əməkhaqlarının artımında nəzərə alınıb. Xüsusilə təqaüdçülər, pensiya alanlar, həssas kateqoriyadan olan insanlara inflyasiya təsir etməsin deyə məsələ daim diqqətdə saxlanılır və əməkhaqları artırılır.

Bildiyiniz kimi 2022-ci ilin dövlət büdcəsi proqnozlaşdırılanda Ukrayna-Rusiya müharibəsi yox idi. Ona görə də müharibənin olacağı və təsirləri nəzərə alınmamışdı. Elə məhsullar var ki, ölkəmizin daxili tələbatını ödəyə bilmir və onu məcburən digər ölkələrdən alırıq. Bu da yüksək iflyasiyanın ölkəyə daxil olmasını göstərir. Dövlət tərəfindən subsidiyların, güzəştli kreditlərin verilməsi, sahibkarlara dəstək olunması, eyni zamanda digər güzəştlər inflyasiyanın təsirini azaldan amillərdir. Proqnozlaşdırılan inflyasiyanın təsirlərini aradan qaldırəlması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub”.

A.Hüseynov "aztəminatlı və sosial vəziyyəti aşağı olan ailələrə yenidən 190 manatlıq yardım verilə bilərmi" sualını belə cavablandırıb:

"Pandemiya dövründə verilən 190 manatla bağlı məsələnin mahiyyəti bir az fərqli idi. Karantin dövründə iş yerləri bağlı olduğu, əhalin heç yerdən gəliri olmadığı üçün aztəminatlı ailələrə 190 manta məbləğində maddi yardım edildi. Həmin vaxt iqtisadi fəallıq özü də aşağı idi. Ona görə də dövlət bu sosial paketi həyata keçirdi. Hazırda əhalinin həssas təbəqəsi üçün başqa formada dəstək nəzərdə tutulur”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO