Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70019
az

Prezidentin əfv etdiyi ömürlük məhkum görün nələri açıqladı: Bəzi ünsürlərin sayəsində həbsxanaya düşdüm 

14:5228 May, 2022
701
ÖZƏL BÖLÜM
  • A

23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadə azadlığa qovuşmasına görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə və onun ailəsinə minnətdarlıq edib.

Oxu24.com  xəbər  verir  ki, AzVision.az-a danışan iş adamı qeyd edib ki, təsadüf nəticəsində, bəzi ünsürlərin sayəsində bura düşüb:

"Nəhayət dövlət başçımız, Ali Baş Komandanımız məni əfv etdi. Onu da deyim ki, birinci Qarabağ döyüşçüsüyəm. Ən çox məni sevindirən Ali Baş Komandanımızın məni buradan məğlub əsgər kimi yox, qalib əsgər kimi çıxarmasıdır. Azərbaycanın istənilən yerində lazım olan yerdə bütün dünyada olan bütün əlaqələrindən istifadə edərək, ailəmlə birlikdə layiqli bir insan adamı olmağa çalışacam. Prezidentin mənə verdiyi ikinci şansı düzgün qiymətləndirib, dəyərləndirərək".

Şəmsi Səmədzadənin sözlərinə görə, onun üçün ən dəyərli insan valideynləridir, anasıdır:

"Həbsdən azad olunmaq müjdəmi anama vermək istəyirdim və verdim də. Həbsdən azad olunmasında çox insanların zəhməti var. Bəlkə mən ad çəksəm, bəzilərinin adının unudub, günaha batmış olaram. Ona görə də mən hər bir kəsə tək-tək, hüquq müdafiəçilərinə, o cümlədən Əfv komissiyasında olan nümayəndələrə, hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Çox mübarizə apararaq bugünki azadlığına qovuşdum. Çünki mən burada olmalı adam deyiləm. Hər bir insan bilir ki, o, nə edib. Mən bilirdim ki, mənim əlim qana batmayıb. Bilirdim ki, bura layiq deyiləm. Bu divarlar məni özünə yapışdıra bilməzdi. Ona görə də mübariz olmağıma görə göydə Allaha, yerdə ailəmə borcluyam. Bu gün də, bundan sonra da özüm də, ailəm də möhtərəm Prezidentimizə, onun bu gün apardığı şərəfli yolda xidmət etməyə hazırıq. Mən "Səməd oğlu Atatürk" şirkətinin rəhbəriyəm. Bu gün də mənim şirkətim çox zəif formada xidmət göstərir. Amma mən əminəm ki, dövlət başçımızın, dövlətimizin dəstəyi sayəsində bu iş fəaliyyətini inkişaf etdirəcəm. Mən özümə bələdəm. Bir iş adamı kimi məni ilk dəfə Ulu öndər şəxsən qəbul edib, Londona səfərə göndərib. Ona görə də mən bu 23 ildə də dayanmamışam. Hətta ikinci Qarabağ müharibəsində də müraciət etmişəm ki, döyüşlərdə iştirak edim. Mənim 70 nəfər qohumum şəhiddir. Doğma əmim oğlu Etibar Hacıyev milli qəhrəmandır. Mən özüm də həmişə deyirdim ki, burada olmaqdansa şəhid olmağı seçərdim. İkinci Qarabağ müharibəsində ürəyim döyünürdü döyüşmək üçün. Mən ağlıyan adam deyiləm, çox dözümlüyəm. Atam 50 yaşına rəhmətə gedib, mən ağlamışam. Amma ikinci Qarabağ müharibəsində hər dəfə Prezidentin qələbə müjdəsində özümü sevincdən saxlaya bilmirdim. Çünki bizim millətə Ali Baş Komandanının, şəhidlərimiz şərəf gətirdilər. Mən tarixçi oğluyam. Bu səbəbdən tarixi yaxşı bilirəm. 400 il Azərbaycan itirib. Amma 400 ildən sonra cənab Ali Baş Komandan Azərbaycan türkünün qazanma ruhunu ayağa qaldırdı və qaldırmağı bildirdi. Buna sevinməmək mümkün deyil".

 

Şəmsi Səmədzadə qeyd edib ki, Ulu öndərin xeyir-duası ilə Londonda iş adamı kimi kurslar keçib və bir iş adamı kimi yetişib:

"Amma bəzi naxələf məmurlar var ki, rüşvət alır, dövlətin pulunu dağıdır. Həmin məmurlardan da biri, adını da çəkə bilərəm, amma adını çəkmirəm, məni bura sala bilib. Mən onu özümə düşmən bilmirəm. Bizim bir düşmənimiz var, o da ermənidir. Kimsə pisliyindən qalxmırsa, mən isə yaxşılığımda qalmayacam. Mənim yeganə məqsədim bundan sonra heç kimə kin güdmədən cənab Prezidentin istiqamət verdiyi yerdə iş quracam. Hansı istiqamət olduğunu qeyd etməyəcəm. Gərəkirsə, heyvan saxlayacam, gərəkirsə, heyvan altı təmizləyəcək, gərəkirsə, usta işləyəcəm. Hansı sahədə lazımamsa, o sahədə də xidmət edəcəm".

Şəmsi Səmədzadə bu illər ərzində gümrah qalmağına görə Pentensiar Xidmətin rəisi Ceyhun Həsənova, digər rəhbər şəxslərə borclu olduğunu deyib:

"Onlar burada bizə insan kimi davrandılar. Mənə insan kimi davrandılar. Çünki mən özümü insan kimi aparırdım. Onlarda mənə insan kimi davrandılar. Ailəmlə görüşdə, şəraitində heç bir problem yaratmadılar. Mən həyatda o vaxt sınardım ki, mənə insan kimi davranmasınlar. O zaman bu yükü qaldıra bilməzdim".

Şəmsi Səmədzadə qeyd edib ki, Azərbaycanda müharibə başlayanda iştirak etmək üçün 4 dəfə Prezidentə müraciət edib:

"Sadəcə üstümüzə qoyulan yük o qədər ağır idi ki, buna layiq olmasam da, iştirak edə bilmədim. Mən bilirdim ki, bir gün ədalət öz bəhrəsini verəcək. Buna görə də Prezidentə borcluyam. Allah Prezidentimizi qorusun, Allah birinci xanımı qorusun. Bizə burda şərait yaradılır, televiziya baxırıq. Cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qarabağ bölgəsində səfərdədirlər. Bizim qərarımızı Qarabağda verilib. Buna necə sevinmək olmaz. Mənim bir tərəfim Göyçay mahalının Zod kəndindəndir, bir tərəfim Kəlbəcərdəndir. Mən bütün gücümlə, Allahın izini ilə Kəlbəcərə getmək istəyirəm".

Şəmsi Səmədzadənin sözlərinə görə, həbsxanadan çıxan kimi ilk Ulu öndərin məzarını ziyarət edəcək, daha sonra şəhidlərimizi ziyarət edəcək:

"Birinci Qarabağ müharibəsində döyüşdüyü üçün şəhid Polad Həşimova münasibətim olub. Onun məzarını xüsusi ziyarət edəcəm. Bundan sonra gedərək anamın əlindən, ayağından öpəcəm. Bu 23 ildə ona bu həsrəti yaşatdığım üçün çox peşmanam. Sonra atamın məzarına gedəcəm, onu ziyarət edəcəm. Bundan sonra dövlətimiz tərəfindən mənə harada iş görməyi göstərsələr, əvvəlkindən də şərəflə xidmət edəcəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO