Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68016
az

Aprel Şəhidi Əbdülməcid Axundovun dəfn olunduğu gündür

12:5809 Aprel, 2022
1660
ÖZƏL BÖLÜM
  • A

Bu gün Aprel döyüşlərində Şəhid olan manqa komandiri Əbdülməcid Axundovun dəfn olunduğu gündür.

Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.

Hərbi xidməti


Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında  baş verən  döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Oxu24.com kollektivi qəhrəman Şəhidimizi böyük ehtiramla anır və ailəsinə səbr diləyir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı