Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67457
az

SON  DƏQİQƏ! Zakir Həsənov orduya daim hazır olması barədə əmr  verib

12:2528 Mart, 2022
1194
  • A

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə Oxu24.com-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət verdiyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ