Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67311
az

“Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT

13:1624 Mart, 2022
13979
ÖZƏL BÖLÜM
  • A

Ağstafa rayon sakini, 20 ildir xəstəlikdən əziyyət çəkən, ikinci qrup əlili Ella Qəhrəmanova Femida.az saytına müraciət edərək, kömək istəyib. Ella Qəhrəmanova iddia edir ki, Əlövsət Əliyev adlı şəxs ondan Almaniyaya viza düzəltdirmək adı ilə 17.000 manat pul alıb. Amma heç bir iş görməyib və üstəlik, pulu qaytarmaqdan imtina edir.



Ella Qəhrəmanova iddia edir ki, Əlövsət Əliyev ona “səni Almaniyaya gətizdirib, müalicə etdirəcəyəm və daha sonra yaşamaq icazəsi alacağam” vədi verərək, 17.000 azn pulunu Bakıda yaşayan Namiq Camalov adlı şəxslə birlikdə mənimsəyib. Halal pulunu geri tələb edəndə isə hədə-qorxu gələrək, “qardaşım xalq yazıçısı, millət vəkilidir”, “ailəmiz prezidentin ailəsinə yaxındır”, “siz mənə heç nə edə bilməzsiniz” kimi cavablar verir. Bundan başqa, Əlövsət Əliyev deyib ki, pulu alan Namiq Camalovun qardaşı Camalov Famil İbrahim oğlu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahə rəisidir və buna görə işi rahatlıqla bağladacaqlar.

Əlövsət Əliyev Ella xanımın xəstəliyilə bağlı Almaniyada yaşayan Raqif adlı həkimlə danışdığını iddia edir. Bu həkim guya Ella Qəhrəmanovanın Almaniyaya gəlməsi üçün zəruri sənədləri düzəldib, müalicə vizasıyla Almaniyaya gətizdirib, müalicə etdirəcək və daha sonra xəstəlik səbəbindən Almaniyada oturum almasına yardım göstərəcək. Amma bu günə kimi heç bir sənəd hazırlanmayıb.

Ella Qəhrəmanova bildirib ki, pulunu geri tələb etdiyi zaman Əlövsət Əliyev onun Almaniyada yaşayan bacısı Ofelya Fətəliyeva ilə görüşüb:







“02.10.2021-ci il tarixdə bacım Ofeliya Fətəliyeva ilə Əlövsət Əliyev arasında Almaniyada görüş olub. Həmin görüşdə Əlövsət bəy söz verib ki, uzağı 2022-ci ilin yanvarına kimi mənim sənədlərim hazır olacaq. Amma hələ də ortada heç bir nəticə yoxdur”.





Ella Qəhrəmanova bildirib ki, bu cür əməllərinə görə Əlövsət Əliyev Almaniya polisi tərəfindən həbs edilibmiş. Onun evindən azərbaycan vətəndaşlarına məxsus sənədlər tapılıb:

“Daha sonra polis onu nəzarət altında olmaqla azadlığa buraxdı. Hazırda alman polis işi araşdırır. Onun haqqında şikayətlər çoxdur”.

Əlövsət Əliyevin özü femida.az-a deyib ki, Ella xanımın bacısı Almaniyada yaşayır:

“O,mənə müraciət edərək, bacısına Almaniyada müalicə üçün viza düzəldilməsinə kömək istədi. Mən də bu işlə bağlı kömək etmək üçün bir neçə firmanın əlaqə vasitələrini onlara verdim. Onlardan biri sizin qeyd etdiyiniz Namiq Camalov idi. Mən onlara demişdim ki, iş görülmədən əvvəlcədən heç kimə pul verməsinlər. Özləri pulu veriblərsə, mənim bundan xəbərim yoxdur. Bu işdə heç bir maddi marağım olmayıb. Sadəcə kömək etmək niyyətim olub”.

Alman polisi tərəfindən saxlanılmağı barədə xəbərin doğru olub-olmaması haqda suala Əlövsət Əliyev cavab verməyib.

Femida.az məsələ ilə bağlı araşdırmasını davam etdirəcək.



Əlövsət Əliyev

Miri Məcidli
Femida.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucarda yaşıllıqlar kütləvi şəkildə məhv olur  — Oksigeni kəsən əllər niyə

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur