Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65039
az

Hamı üçün vacib olan Azərbaycan və heç kimə lazım olmayan Ermənistan- Lukaşenko nə demək istədi?

23:5008 Fevral, 2022
358
ÖZƏL BÖLÜM
  • A

Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyovun müəllifi olduğu “Solovyov Live” YouTube kanalına müsahibəsində demoqoji açıqlamalarla yanaşı, regionda gedən proseslərin fonunda müəyyən həqiqətləri də etiraf etmiş olub.

Onun açıqlamasında iki diqqətçəkən məqam var: Birincisi, “Ermənistan heç kimə lazım olmayan bir ölkəyə çevrilib”.
Bəli, bu həqiqətdir. İkinci Qarabağ Savaşında Azərbaycan parlaq qələbə çaldıqdan sonra Ermənistan sözün əsl mənasında ortalıqda qalıb. Ona kimsə yiyə durmur. Lukaşenko dolayısı ilə demək istəyib ki, artıq Ermənistanı nə Qərbdə, nə Avropada, nə də Rusiyada bir işə yararlı hesab edirlər.
Rusiya Ermənistandan artıq öz geosiyası maraqları üçün istifadənin mənası qalmadığını davranışları isə sezdirir.
Əslində, hələ 2018-ci ildən Ermənistan Rusiyadan sürətlə uzaqlaşıb. Qərbin qucağına atılmaq kursu seçmişdi. Paşinyan iqtidarı “Soros layihəsi” hesab olunur.
Görünür, Qərbə ümid bəsləyirdilər ki, onların dəstəyi ilə Qarabağı işğalda saxlamaqda davam edə biləcəklər, ancaq bu baş tutmadı. Qərbə isə Ermənistan Qarabağın işğalı faktından məhz Azərbaycanla ikili oyunlar aparmaq, dövlətimizə təzyiqlər etmək üçün lazım idi və ona görə “Soros uşaqları” bu ölkədə iqtidara gətirilmişdi.
Azərbaycan iradə ortaya qoyaraq, doğru siyasət və strategiya ilə bütün oyunları, anti-Azərbaycan planları pozdu. Qarabağ müharibə yolu ilə azad edildi və bundan sonra Qərbə də Ermənistan gərək deyil. Çünki Qarabağımız azaddır və bütün məsələlərdə Qalib Azərbaycanla hesablaşılır...
Qaliblər mühakimə olunmur!
                                     

                                 ***

Lukaşenkonun ikinci diqqətçəkən açıqlaması da elə bu kontekstdə maraqlıdır: O, işarə edib ki, Azərbaycanın müstəqil siyasət həyata keçirən bir dövlətdir, onunla şərtlə danışıla bilməz.

1045167782_158_0_2889_2048_1280x0_80_0_0_93df94b3ae245fac6a842b512363ff34.jpg (114 KB)
Belarus prezidentinin iddiasına görə, postsovet məkanının böyük hissəsinin sıx ittifaqda birləşməsi yaxın 15 ildə qaçılmazdır. Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib:

“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs” oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”.

Lukaşenko hətta qeyd edib ki, öz ölkəsi - Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır.
Məsələnin soyuq təhlili bundan ibarətdir ki, digər postsovet ölkələrindən fərqli olaraq Azərbaycan isə müstəqil siyasət yürüdən, güclü iqtisadiyyatı olan ölkə kimi inkişafını davam etdirir və onun hansısa yeni bloklarda təmsilçiliyə ehtiyacı da yoxdur. Bu, Azərbaycanın dünyada xüsusi çəkisi, mühüm yeri olduğuna dair konkret bir dövlət başçısının dediklərinin “siyasi tərcüməsi”dir, doğurduğu qənaətdir, hansısa bir politoloji rəy, şərh deyil.

Bəli, Qarabağ məsələsi həll edildikdən, Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra bölgədə şərtləri diqtə edən tərəfdir. Azərbaycanın yaratmış olduğu reallıqların artıq hər kəs tərəfindən qəbul edildiyini fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə də gördük. Bu videgörüşdə müzakirə olunan məsələlər, tərəflərin yanaşması, görüləcək işlərin konkret istiqamətlərinə dair açıqlamalar kifayət qədər aydın mənzərə yaratdı. Həm müzakirələrdən, həm də görüşdən sonra Makron və Mişelin yaydığı birgə bəyanatdan qalib Azərbaycanın bölgədə yaratmış olduğu reallıqların artıq hər kəs tərəfindən qəbul olunduğu bir daha təsdiqini tapır.

Buna dair “Prezident İlham Əliyev Makron, Mişel və Paşinyanla nələrdən danışıb? – ŞƏRH” sərlövhəli yazımızda ətraflı bəhs etmişdik.

İcmalla aşağıdakı linkdən tanış ola bilərsiniz: //musavat.com/news/prezident-ilham-eliyev-makron-misel-ve-pasinyanla-nelerden-danisib-serh_865283.html


Rusiyaya gəlincə, Qarabağ Zəfərinin yaratmış olduğu reallıqlar çərçivəsində bu gün Azərbaycan RF-nın Cənubi Qafqazda yeganə tərəfdaşıdır. Hansı ki, 2020-ci ilin 27 sentyabrınadək mənzərə fərqli idi.
Qalib Azərbaycan dövründə isə Rusiya ilə münasibətlərə dair vəziyyət tamamilə başqadır. Bunu hamımız görürürük, daha çox danışmağa ehtiyac qalmır...

Geniş izahlara varmadan qısaca onu da qeyd edək ki, Azərbaycan hazırda enerji, təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərində istər Qərb, istər Avropa, istərsə də Rusiya üçün ən etibarlı və vacib tərəfdaşlardandır. Qarşıdakı müddətdə Azərbaycana olan ehtiyac daha da artacaq.   

Bütün bu qeyd edilənlərin fonunda və Lukaşenkonun da söylədiklərindən doğan nəticə budur və hər kəs də etiraf, qəbul edir ki, Azərbaycan müstəqil bir siyasət aparır, Prezident İlham Əliyevin yürütdüyü bu siyasət milli və dövlətçilik maraqlarına söykənir.
Öz ölkəsinin belə müstəqil ola bilməyəcəyini etiraf edən Lukaşenko bu həqiqətləri dilə gətirməklə de-fakto bizim dövlətimizin digər postsovet ölkələri ilə müqayisə oluna bilməyəcəyini diqqətə çatdırıb. Əlbəttə, bunlar özbaşına olmayıb. Azərbaycan aparılan uğurlu xarici siyasət nəticəsində, bütün qütblərlə, güclərlə nizamlı bir proses aparmaqla, vədlərinə sadiq olmaqla, əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlikdə etibarlı olmaqla buna nail olub.
Bəzən müəyyən siyasi qütblərin qaragüruh yanaşmalarına da rast gəlirik: Bəziləri Qərb, Avropaya kor-təbii yönəlməyi “tələb edir”, bəziləri Rusiya ilə münasibətlərdə, əməkdaşlıqda “yanlışlıq” axtarır, kimisi də hətta Qərb və Avropa ilə “düzgün olmayan” stategiyadan bəhs edir. Ancaq zaman və faktlar göstərir ki, Azərbaycan doğru olanları həyata keçirməkdə davam edir və bu ən uyğun, dövlət maraqlarına uyğun strategiyadır.

Azərbaycan bütün tərəflərlə münasibətlərə balansı saxlamaqda tamamilə haqlıdır...

Rusiya, Qərblə, Avropa ilə münasibətlərə və onların reallıqlar çərçivəsində davranışlara keçid almasına dair dair yuxarıda qeydlər verdik.
Türkiyə ilə münasibətlərimiz isə dünyada analoqu olmayan qardaşlıq münasibətidir, bunu şərh etmək də gərəksiz bir işdir, çünki hər kəs məlumatlıdır. Şuşa Bəyannaməsinin ratifikasiyasından sonra daha dərin proseslər gedəcək.
 

                                        ***

Ermənistanın belə bir çarəsiz duruma düşəcəyi şübhəsiz idi. İşğalçılıq siyasəti erməni xalqını azı 50 il geri atdı və onların yeganə çıxış yolu Azərbaycanı, Türkiyəni dinləməkdir, sülhə hamıdan çox maraqlı olmalarından asılıdır.
Bunu – artıq məhv olduqlarını, yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlığın faydalı olacağını hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da açıqlamlarında dəfələlərə vurğulayıb.

Onun son müsahibələrinin birindən sitat: “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”...
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan isə bir qədər öncə yazmışdı ki, Ermənistan böyük bir ölüxanaya çevrilib...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”