Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61217
az

Əliyevin Ermənistanda vəzifədən qovdurduğu ikinci nazir: Paşinyan RQD-5 qumbarasından necə xilas oldu?

09:5816 Noyabr, 2021
301
ÖZƏL BÖLÜM
  • A

Ermənilər pərən-pərən düşüblər, aqoniya vəziyyətindədir, hara getdiklərini, nə etdiklərini özləri də bilmirlər. Bunların ordusu bu gündədirsə, görün cəmiyyəti nə kökdədir. Sosial şəbəkələrdəki kadrlara zövqlə baxırıq: qəhrəman Azərbaycan əsgəri özünə qış tədarükü görmək, səngər qurmaq istəyən vartanlara “qorxmayın çıxın, heç nə eləməyəcəyik” deyərək, torpaqlarımızdan iti qovan kimi qovur, qoyun kimi qabağına qatıb, dağların o üzünə aşırır...

Kəlbəcər-Laçın istiqamətində erməni hərbçiləri “cuş”a gətirən nazir Karapetyanı isə Nikol Paşinyan qovdu. Təbii ki, öz istəyi ilə yox, Azərbaycan dövləti, onun qətiyyətli lideri Baş naziri buna vadar etdi! Şuşa zəfərinin ildönümündə Ali Baş Komandan Cıdır düzündə, müzəffər ordunun hərbçiləri qarşısındakı çıxışında nə demişdi: düşmən bir daha revanşa cəhd etsə, o halda dəmir yumruq yerindədir! Aprel döyüşlərindən sonra qovulan nazirlər bunlardır: Seyran Ohanyan (keçilməz Ohanyan səddi də əsgərimizin ayaqları altında), Viqen Sarqsyan, Vaqarşak Harutyunyan, David Tonoyan, Arşak Karapetyan...

Son günlər Karapetyanın simasında revanş cəhdi oldu, özü də bir neçə dəfə və cavabı da verilir, bütün sərhəd boyunca! Ermənistanın ağılsız davranışları nəticəsində Azərbaycan Hərbi Qənimətlər Parkına yeni “aksessuarlar” əlavə etməkdə, sərhəd boyunca strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməkdədir!

Nikol Paşinyan başılovlu Təhlükəsizlik Şurasının iclasını çağırdı, Azərbaycan ordusunu “Ermənistan ərazisi”nə girməkdə ittiham etdi, sərsəmcəsinə! Hələ də normal düşünə, xəritəni qarşılarına qoyub da, düzgün qərar verə bilmirlər. Tarixi Azərbaycan torpaqları başqa yazının mövzusu, əsgərimizin hazırda möhkəmləndiyi nöqtələr son onilliklərdə Ermənistanın “yaylaq” olaraq pay aldığı ərazilərimizdir. Gözlənti var idi ki, heç olmasa Paşinyan ağıllı davranış sərgiləyəcək, revanşistlərə tay olmayacaq. Amma o da Sərkisyan-Köçəryan cütlüyünün ağlı ilə oturub-durur, götürüb KTMT-yə kömək üçün müraciət edir, Azərbaycandan şikayətlənir. Bu adam anlamır ki, KTMT-nin əksər üzvləri Azərbaycanı Zəfər günü münasibətilə təbrik edən, yaxud Türk Dövlətləri Birliyində təmsil olunan ölkələrdir! Sən Türk qapısının – Zəngəzurun açılmasına qarşı çıx, sonra da onların təmsil olunduğu koalisiyadan hərbi dəstək istə! Reallıq hissini itirmək olar, amma bu qədər də yox.

Nikol imzasına sahib çıxıb anlaşmaya əməl etsə, ölkəsi də xilas olar, hakimiyyəti də. Çox gecikir. Budur, Ermənistan müxalifəti isə fürsətdən yararlanıb Paşinyanı devirmək istəyir. Artıq Qərbi Zəngəzur bölgəsində Paşinyanın partiyası yerli seçkilərdə tam məğlub olub. Proses başlayıb. Müxalifətin “Hayastan” və “Şərəfim var” deputat fraksiyaları isə 15 noyabrda parlamentin fövqəladə sessiyasının çağırılmasını tələb etmişdilər, konkret saat da göstərilmişdi: saat 20.00-da!

Əvvəlcə sessiyanın çağırılacağı gözlənilsə də, son anda iclas olmadı. Görünür, hakimiyyət ehtiyatlanır. Etimadsızlıq haqqında qərarın qəbulundan yox, terrordan! Bu ölkədə terror adi haldır. 1999-cu ilin İstanbul sammiti öncəsi Qarabağ razılaşmasını pozmaqdan ötrü Ermənistan parlamentini qırıb-çatanlar hələ də meydandadır. Parlament toplaşsa, Paşinyan tribunaya çıxıb son baş hadisələrlə bağlı izahat verməlidir. Demək hakimiyyət ehtiyat edib ki, müxalifət onları zala doldurub, Şuşa yolunda Norayr Mirzoyanın Azərbaycan hərbçilərinə atdığı RQD-5 qumbarasının birini də onlara tərəf tolazlayar. Reallıq budur ki, Mirzoyan hazırda erməni xalqı üçün qəhrəmana çevrilib, hər yerdə onu vəsf edirlər, gənclərə nümunə çəkirlər. Belə bir məqamda Azərbaycanın qarşısında geri çəkilən hakimiyyəti də məmnuniyyətlə qumbaralara “qonaq” edərlər. İstisna deyil ki, terrorçu Norayra qumbaranı elə Karapetyan özü veribmiş: “get, at, dalında durmuşam, səni xilas edəcəyəm”, deyərək. Diqqət edin, necə olar Ermənistanın müdafiə naziri sülhməramlıların yanından keçib, rahat şəkildə Xankəndiyə gəlir-gedir və növbəti gündə erməni terrorçu elə sülhməramlıların yanında əsgərimizə qumbara atır, ruslar tərəfindən “zərərsizləşdirilir”, Xankəndidəki rejimə təhvil verilir. Bu terrorda və sonrakı tamaşada Karapetyanın iştirakı danılmazdır.

O da istisna deyil ki, Paşinyan Bakının məsələni kəskin şəkildə qoymasından, ardıcıl şəkildə qətiyyətli addımlar atmasından ehtiyatlanaraq “işləri korlayan” nazirini vəzifəsindən qovub. Hətta Azərbaycan liderinin İrəvan qarşısında tələbinin olması da istisna deyil. Bizim bilmədiyimiz o qədər məsələlər var ki...

Xatırlayırsınız yəqin, müharibədən sonra Ermənistanın Ara Ayvazyan adlı xarici işlər naziri var idi, Qarabağa qanunsuz səfər etdikdən sonra İlham Əliyev nə demişdi? Xatırladaq: “Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq”. Nə baş verdi? Artıq Ayvazyan xarici işlər naziri deyil!

Yeni reallıq var, bölgənin söz sahibi Azərbaycan, onun dövlət başçısıdır! Əgər Azərbaycan istəsəydi, Paşinyan elə iyuldakı seçkilərdə daş-qalaq edilərdi, hələ ki, istəmir. Amma Nikol da gərək “cızığ”ından çıxmasın!

Bu arada erməni mətbuatı yazır ki, Daşaltı yolunda hərbçilərimizə qumbara atan Norayr Mirzoyan sadəcə xəstəxanada saxlanılır, heç barəsində cinayət işi də açılmayıb. Xankəndindəki cinayətkar rejimin başqa bir caniyə cinayət işi qaldırmasını gözləmirik, bu, lazım da deyil. Sadəcə terrora, terrorçuya stimullaşdırıcı münasibətə fikir verib. “Ermənistan Milli Qvardiyası” adlı terroru maliyyələşdirən “qeyri-hökumət təşkilatı” Mirzoyanın ailəsinə ayıracağı 1000 dollarlıq mükafatı (!) 3 dəfə artırıb! Təşkilatın başçısı Arşak Zakaryan deyib ki, “bundan sonra Mirzoyan kimi davranan erməniləri tək qoymayacaq, onlara dəstək verəcəyik”.

Belə mövqe heç bir sülhə aparmır, aydın məsələdir! Həm də zəruri xatırlatma: qumbara hara atılıb? Şuşa tərəfə! Azərbaycan Prezidenti Şuşaya ilk səfərində demişdi ki, bundan sonra əsgərlərimiz Şuşanı göz bəbəyi kimi qorumalıdır. Şuşa məhz elə qorunur, tikilir, qurulur, abadlaşdırılır. Amma belə bir məqamda abadlaşdırılan şəhər istiqamətinə erməni terrorçusu qumbara atır. 28 il darmadağın etməkdən, torpağımızın üstünü altına çevirməkdən yorulmayanlar yenə də dil uzadırlar rifahımıza! Şuşa bizim and yerimizdir, oraya kəc baxanın cəzası gec-tez veriləcək, iki il əvvəl Şuşada “Yallı” gedəndən sonra aldığı dərsləri Paşinyan unutmasın gərək.

İndi də Suren Papikyanı müdafiə naziri təyin edib, “Njde” ordenli birisini. Faşistin adına olan təltifi daşıyanı irəli çəkməklə daha bir yanlış yapıb. Sözsüz ki, dövlətimizin diqqətində olacaq...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO