Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60209
az

Atası Şükür Həmidovla bağlı SİRLƏRİ AÇDI: Prezident onunla təkbətək qalır, soruşur ki... - VİDEO

20:0728 Oktyabr, 2021
724
ÖZƏL BÖLÜM
  • A

Düşməni çaşbaş salan, Azərbaycan zabitinin mərdliyini, ordumuzun gücünü göstərən Lələtəpə fatehi Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Şükür Həmidov! Özü kimi neçə-neçə vətənpərvər gənclərin yetişməsində misilsiz xidmətləri olan, torpağı canından çox sevən, ölümün üzərinə yeriyib Qarabağı düşmən tapdağından azad edən, doğma Qubadlısına 27 ildən sonra nəfəs verən Milli Qəhrəman!

Lələtəpə fatehinin qürurlu atası Nəriman Həmidov Milli Qəhrəmanla bağlı xatirələrini Publika.az-a danışıb.

 

“Əsgərinin donub ölməməsi üçün bütün paltarlarını ona geyindirmişdi”

“Başını qara qoyub Allaha dua edib ki, elə burada da dünyamı dəyişim, amma düşmənə əsir düşməyim”.

“Həmin anda yuxuda anasını görüb. Deyirmiş ki, qalx ayağa Şükür, yatmaq zamanı deyil”

“Qarda donub ölən əsgərinin nəşini götürəndə erməni kapitan Şükürə deyib ki, bizim hər birimiz açıq ərazidə idik, sən isə görünmürdün. Niyə bizi öldürmürdün? Şükür isə deyib ki, mənim bir dənə gülləm qalmışdı, onu da özümə saxlamışdım. Bunu eşidən erməni zabiti əlini hirsindən betona çırpıb, qan axmağa başlayıb, heyfslənərək deyib ki, biz nə qədər uduzmuşuq”.

“Şükür zəng edib mənə dedi ki, vertolyot göndəriblər, bizi Prezidentin görüşünə çağırırlar. Təqdimatdan sonra İlham Əliyev deyib ki, hər kəs gedə bilər. Amma Şükürə deyib ki, siz qalın. Çünki siz savaşın mərkəzində olmusunuz. Ondan Aprel döyüşlərini nəql etməsini istəyib. O zaman Şükür həyəcanlanıb. Prezident su süzüb Şükürə verib. O, suyu içib və danışmağa başlayıb. Bildirib ki, xeyli sayda ermənini məhv etmişik, maşınlarla erməni meyitləri yola salmışıq. Biz isə çox itki vermədik. Ermənilərin sağ qalanları da qaçırdılar. Prezident bu zaman böyük həyəcanla bir daha onların necə qaçmasını soruşub”.

“Oğlum yuxularıma gəlir”

“Oğlumun şəhid olduğu yerə getdim, o torpağı qucaqlayıb öpdüm, qoxladım. Həmin torpaqdan Şükürün qoxusunu aldım”.

Akqabay Mıradov

Video: Röyal Adıgözəlov

Montaj: Ramazan Vəliyev

Foto: Ceyhun Rəhimov

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR