Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54900
az

Moskvadan İrəvana ZƏNG: Xəritəyə baxırıq, Şuşa da... - SENSASİON AÇIQLAMA/VİDEO

11:4104 İyun, 2021
2612
ÖZƏL BÖLÜM
  • A

44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq şansından istifadə etmədiyini bildirib.

Oxu24.com  erməni KİV-lərinə istinadən xəbər verir ki, Aambarsumyan İrəvandaTəhlükəsizlik Şurasının ötən il oktyabrın 19-da keçirilmiş iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini deyib.

 

“Təhlükəsizlik Şurasının iclasında həm Onik Qasparyan (o zamankı Baş qərargah rəisi), həm David Tonoyan (müdafiə naziri) Nikol Paşinyana məruzə etdilər ki, şansımız yoxdur və biz uduzuruq. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi, o, Qarabağ ermənilərinin taleyi barədə həyacanlı çıxış etdi”,- Ambarsumyan bildirib.

M.Ambarsumyan qeyd edir ki, həmin vaxt Şuşa və “Hadrutun yarısı” onların əlində idi. O, iclasda Paşinyanın döyüş əməliyyatlarının dayandırılmasına dair Rusiyanın Azərbaycan tərəfi ilə konkret razılaşmaya gəldiyi barədə heç nə danışmamasından təəcübləndiyini deyir. Bildirir ki, həmin razılaşmaya əsasən tərəflər tutduqları mövqelərdə qalırdı və Qarabağa Rusiya sülhməramlıları yeridilirdi.

“Əgər Paşinyan həmin təklifi qəbul etsəydi biz minlərlə qurban verməzdik. Noyabrın 7-də Moskvadan rusiyalı həmkarlarımdan biri mənə zəng vurdu, dedi ki, indi xəritəni nəzərdən keçirirlər, Şuşanı artıq veriblər və görürük ki, siz uduzursunuz, Stepanakert (Xankəndi,-red.) risk altındadır, sizin rəhbərliyə konkret təklif verilib, nəyə görə ona reaksiya yoxdur? Mən vaxt istədim, Nazirlər Kabinetinin başçısı ilə əlaqə saxladım, dedim ki, təklif var. Sonra soruşdum ki, nəyə görə bu təklif qəbul edilmir? Qeyd etdim ki, bu ictimai müzakirə deyil, millət üçün taleyüklü məsələdir və məni qəbul etməsini xahiş etdim. Cavabı belə oldu: “İndi mən məşğulam, qəbul edə bilmərəm”,- Ambarsumyan bildirib.

Rusiya prezidenti Vladimir Putinin müharibənin dayandırılmasına dair oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevlə razılığa gəldiyi, lakin Nikol Paşinyanın bu razılaşmadan imtina etdiyi çoxdan açıqlanıb. Bu haqda Putin özü də danışıb və deyib ki, razılaşmaya əsasən ermənilərin nəzarətində olan Şuşaya azərbaycanlıların qayıtması baş verməliydi, lakin Paşinyan dinc əhalinin şəhərə qayıtmasına qarşı çıxıb və həmin təklifi qəbul etməyib. (Virtualaz.org)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO