Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54359
az

İranın əbəs əndişəsi - Fələstinə görə fəryad edən Tehran şiə qardaşlarını niyə ayağa verir?

22:5122 May, 2021
2015
ÖZƏL BÖLÜM
  • A

İran dövlətini idarə edənlər bəzən o qədər mübahisəli və cığal qərarlar qəbul edir, irrasional və qızışdırıcı addımlar atır ki, hər tərəfdə özünə düşmən qazanır. Adam bəzən bu ölkənin 2000 illik dövlətçilik tarixi olduğuna şübhə edir. Bu qədər böyük təcrübə ilə daha tədbirli olmaq lazım idi.

Bura yaxın ölkələrə “yaşıl inqilab” ixrac etmək, gözaltı etdiyi ölkələrdə böyük casuslar, muzdlu rəğbət qrupları, trollar şəbəkəsi saxlamaq üçün israf edilən milyardlardan tutmuş qonşu ölkələrlə zaman-zaman mehriban münasibətləri gərginləşdirən hərəkətləri, super dövlətlərlə əvvəlcə sərt şəkildə dirəşərək, ağır sanksiyalara məruz qalaraq, son anda geri çəkilmələri və sair pəstəhaları aid etmək olar.

21.jpg (9 KB)

Əslində İranın siyasi dairələrinin yeritdiyi aqressiv xarici siyasətin nədən belə olduğunu anlamaq mümkündür. Cəngəllik qanunları ilə idarə olunan, zorlu tərəfin gündən-günə daha ötkəm olduğu yırtıcılar dünyasında İran da öz başını dolandırmaq üçün zaman-zaman tikanlı, pis qoxulu məxluqlar kimi olmağa məhkumdur.

Bu dövlətin uranı zənginləşdirərək nüvə silahı əldə etmək üçün göstərdiyi ardıcıl və israrlı fəaliyyət bu üzdəndir. Tehranda hesab edirlər ki, nüvə başlıqlı, uzaq mənzilli raketləri olsa, asanlıqla regional gücə çevrilər, nüfuz dairəsini daha da genişləndirər, superdövlətə dönərək beynəlxalq miqyaslı oyunçu ola bilər.

Söz yox, hər bir dövlət istəyir ki, güclü olsun. Eyni zamanda heç bir dövlət istəmir ki, güclülərə vassal olsun və ya onun əyalətindən birinə çevrilsin. XX əsrin ikinci yarısında çoxsaylı yeni dövlətlərin yaranması, böyük dövlətlərin müstəmləkələrinin müstəqillik qazanması göstərdi ki, millətlər istiqlalı üstün tuturlar.

İranın ən böyük qorxularından biri daxilindəki 30 milyonluq (bu göstəriciyə aid rəqəmlər fərqlidir) “etnik azlığ”ın - Azərbaycan türklərinin bir gün İranın parçalanması hesabına müstəqillik əldə etmək təşəbbüsü ilə çıxış edəcəkləridir.

Bu dövlətin bizə - müstəqil Azərbaycana qarşı yeritdiyi xoşagəlməz siyasətin kökündə bu durur və 30-cu ildir ki, davam edir. Azərbaycan müstəqillik qazandıqdan bəri dəfələrlə İranın daxili işlərinə qarışmaq, oradakı hər hansı bir separatçılıq hərəkatına dəstək vermək niyyətində olmadığını nümayiş etdirsə də, mehriban qonşuluq münasibətlərinə önəm verdiyini bildirsə də, bu, İran tərəfini qane etmir. Rəsmi Tehranın ağlı özünə gedir, elə bilir ki, göstərilən xoş məramın, diplomatik bəyanatların arxasında nəsə bir məkrli niyyət var.

İran dövləti bizimlə qan, namus düşməni olan Ermənistanı ayaqda saxlamaq, güclü etmək üçün 30 ildir göstərdiyi yardımı bu səbəbdən davam etdirir, bizi Ermənistanın əliyə zəiflətmək, neytrallaşdırmaq istəyir.

Bəs din-məzhəb qardaşlığı, tarixi birlikdəlik, qədim qohumluq necə olsun? Bunların heç önəmi yoxdurmu?

Axı İran o dövlətdir ki, illərdir Fələstin xalqına dini motivlərlə pasibanlıq edir, Yəməndə şiə qardaşları husiləri dəstəkləyir, Suriyada din davası aparır, bəs bizə gələndə ümmətçilik faktorunu niyə göz önündə tutmur?

Bu, əslində ritorikdir suallardır və cavabı bu işlərlə maraqlanan hər kəsə aydındır. Hamı bilir ki, İranın apardığı bütün davalar öz dövlət maraqları ilə bağlıdır və din motivi bu məsələlərdə sadəcə pərdə səciyyəsi daşıyır. İran öz üzərinə “əzilən müsəlmanların haqqının davaçısı” rolunu ona görə götürüb ki, əlində kimlərləsə intriqa aparmağa, düşmənçilik etməyə arqumenti olsun.

Ermənistan-Azərbaycan müharibəsinin 44 günlük ikinci mərhələsində bu dövlətin tutduğu mövqe, əl altından Ermənistana hərbi yardım göstərməsi faktları epizodik olaraq üzə çıxsa da, qətiyyətlə təkzib olunurdu. Belə hərəkətlər sonra da baş verdi. Son həftələrdə İrandan Ermənistana, əsasən Qarabağın dağlıq hissəsində qalmış ermənilərə yardım karvanlarının göndərilməsi daha da intensivləşmişdi. İranlı generalların İrəvana səfər edərək Ermənistana hərbi yardım təklif etməsi hadisəsi isə göstərdi ki, artıq cidanı çuvalda gizlətmək mümkün deyil.

İşğal olunmuş rayonlarımızdakı məscidlərdə donuz saxlayan, dinc əhalini qırıb-çatıb qətliam, genosid aktı törədən dövlətə hərbi yardım təklif etmək nə deməkdir? O deməkdir ki, davam et, müsəlman qardaşlarımı daha çox qır, ərazisini daha da kiçilt, güclənməyə qoyma, başını qat.

Bu hərəkətin başqa bir adını, məğzini bilən varsa, çıxıb desin.

Bununla belə, görünür, biz İranın siyasi dairələri ilə daha intensiv işləməliyik və onları xatircəm etməliyik ki, rahat olsunlar, biz o dövlətin daxilini qarışdırmaq niyyətində deyilik, öz ərazimiz özümüzə bəsdir, bizim ermənilər kimi böyük dövlət quraraq başqalarını kölə etmək kimi 100 illik məqsədimiz yoxdur.

Azərbaycan 5-6 il öncə İrana sarsıdıcı zərbə endirmək istəyən ABŞ-ın oyununa gəlməyən, öz ərazisində bu dövlətə qarşı casusluq fəaliyyətinə rüsxət verməyən, və ona qarşı plasdarm olmağı qəbul etməyən dövlətdir. Məhz ondan sonra ABŞ-ın siyasi dairələrinin Azərbaycandan üzü döndü, gedib bütün açıq-gizli diplomatlarını, hərbi mütəxəssislərini, qeyri-hökumət təşkilatlarını İrəvanda yerləşdirdilər.

Azərbaycan dövlətinin öz qonşularına qarşı məkrli niyyəti olsaydı, bunu İrandan qat-qat zəif olan, abxazların, osetinlərin və ermənilərin separatçılıq hərəkatıyla təhdid etdiyi Gürcüstana qarşı edərdi. O dövlətdə Borçalı türklərindən başqa bütün etnik azlıqlar başqa dövlətlərə güvənərək gürcülərə problem yaradıblar.

Xalid KAZIMLI

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi