Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54347
az

SİRR AÇILDI – İki hərbçimizi şəhid edən iranlı “narkotacir”lər barədə ŞOK TƏFƏRRÜAT

20:4822 May, 2021
1995
ÖZƏL BÖLÜM
  • A

Son günlərdə Azərbaycan-İran sərhədində gərginlik artıb. Avtomat silahlarla və xüsusi avadanlıqlarla silahlanmış diversantların “narkotacir” qismində Azərbaycana sızmaları xüsusi diqqət çəkməlidir.

Xatırladım ki, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu¬nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunmuşdu.
“Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edib. Həmin şəxs tutulacağını bildiyi üçün təslim olmayaraq silahlı müqavimət göstərib. Ona görə DİN Daxili Qoşunlarının əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdiriblər.

İki sərhədçimizi şəhid edən İran vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlu keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

Hadisə yerində AK-74 avtomatı və içində 20 patron olan daraq vardı.

Dövlət Sərhəd Xidmətinin yüksək döyüş hazırldığı keçmiş iki sərhədçisini güllələyərək şəhid edən, sonra da dağlarda gizlənərək xüsusi təyiantılalar müqavimət göstərərək atışan “narkotacir”in peşəkar hazırlığı şübhə doğurmur.

İllər əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hesabatlarından birində İranın xüsusi xidmət təşkilatlarının Azərbaycanın erməni işğalında olan ərazilərində narkotrafik təşkil etdiklərini vurğulamışdı.

İkinci Qarabağ Müharibəsi başa çatandan sonra bəri İrandan Azərbaycana onlarla ton narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Əksəriyyəti heroin olan həmin maddələr sonradan Gürcüstana, Rusiyaya, Ukraynaya, Moldovaya və s.daşınmaq üçün nəzərdə tutulmuşdu.

Sadəcə, mayın əvvəlindən bəri İrandan Azərbaycana keçirilməyə çalışılan və Azərbaycanın müxtəlif sərhəd məntəqələrində yaxalanan heroinin miqdarlarına fikir verin: 244 kq, 70 kq, 107 kq, 231 kq…

Görünür, İrandakı bəlli qüvvələr onillər boyu erməni işğalında olmuş ərazilərin azad edilməsi ilə asudə narkotrafik imkanlarını itirdiklərindən indi yeni marşrutlar arayırlar.

Narokticarət, silah qaçaqmalçılığı və qanunsuz qızıl ticarəti İranın tam kontrollda saxlayaraq təchiz etdiyi “Hizballah”, “Əsaib Əhl əl Xalq” və “Qətaib Hizballah” kimi qruplaşmaların maliyyələşdirilməsi üçün əsas mənbələrdir.

Bəlkə də məhz bu səbəbdən yüz kiloqlaramla narkotik maddə yüklü “narkotacirlər” İranın Azərbaycanla sərhədinə belə asanlıqla yaxınlaşaraq ölkəmizə sızmağa çalışırlar.

Elçin Alıoğlu 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir