Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53572
az

Cənnətdəki İlk Doğum Günü - Şəhidimiz Cavid Abdullayev

20:1602 May, 2021
1688
ÖZƏL BÖLÜM
  • A

VƏTƏN.Ana qədər müqəddəs,Ana qədər əziz Vətən.Qeyrətimiz,ümüd yerimiz,qibləgahımız Vətən.Uğrunda canımızdan keçdiyimiz,yolunda qurban dediyimiz,savaşlara girdiyimiz Vətən.Vətən yolunda şəhid olmaq Allah qatında ən ali məqamlardandır.Bu müqəddəs məqama,şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də 2-ci Vətən müharibəsinin iştirakçısı, 2000-ci il təvəllüdlü şəhid  Cavid Vahid oğlu Abdullayevdir.Cavid Qax rayonu Qaşqaçay kəndində anadan olub.Yaşıdları arasında vətənə sevgisi ilə fərqlənən Cavid 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin yəni 2021-ci ilin oktyabrında ordu sıralarından tərxis olunacaqdı. 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edən Cavid Füzuli istiqamətində gedən döyüşlərdə mübarizlik,qorxmazlıq və qəhrəmanlıq nümayiş etdirib.Mənfur düşmənə aman verməyən Cavidin oktyabr ayının ortalarından ailəsi ilə əlaqəsi kəsilir.Nigarançılıq içində olan  ailəsi bir müddətdən sonra Cavidin  şəhid olması xəbərini alır..Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi 13 dekabr doğulduğu Qaşqaçay kəndinə gətirilir və böyük xalq izdihamı olə kənd qəbiristanlığında torpağa tapşırılır. Dəfn mərasimində şəhidin yaxınları, Qax rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.Şəhidimiz haqqında xoş sözləri,xoş xatirələri ilə bölüşdülər,Cavidin timsalında bütün şəhidlərimizin ruhuna dualar oxudular.
Vətən torpağı şəhid qanı ilə yoğrulanda müqəddəs olur.Şəhadətin mübarək qəhrəmanım!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ