Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53570
az

44 günlük Vətən müharibəsi zamanı çəkilmiş ŞOK VİDEO YAYILDI

19:5302 May, 2021
2366
ÖZƏL BÖLÜM
  • A

44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan təbliğatı Azərbaycanın tərəfində guya “Yaxın Şərqdən gətirilmiş terrorçuların” döyüşdüyü haqda hər gün hay-küy salırdı. Və bunun sübutu kimi irəli sürülən “dəlillərdən” biri də  bu idi ki, hücuma keçən Azərbaycan ordusu sıralarından “Allahü Əkbər” sədaları eşidilir. Bu isə düşmən təbliğatçılarının nəzərincə, Azərbaycan ordusunun sıralarında “İŞİD-çilərin döyüşdüyünə” birbaşa “sübut” idi.

Oxu24.com xəbər  verir  ki,  görünür ermənilər unutmuşdular ki, Azərbaycan müsəlman ölkəsidir və bir müsəlmanın üçün döyüşə “Allahü Əkbər” sədaları ilə girməsi çox təbiidir. Sonradan qazilərimiz öz döyüş xatirələrində düşmənin üstünə “Allahü Əkbər” deyərək necə şığıdıqlarını, bölmələrin bir çoxunun parolunun məhz “Allahü Əkbər “olduğunu, düşmənin təkbir sədalarını eşidəndə necə qorxuya düşüb qaçdıqlarını danışırdılar.

İndi sosial şəbəkələrdə bir qrup döyüşçünün düşmənin güllə yağışı altında “Allahü Əkbər” hayqıraraq yüksəkliyə doğru necə irəlilədiyini, ora Azərbaycan bayrağını sancdıqlarını əks etdirən görüntülər yayılıb.

Nəzərə alanda ki, 4 günlük müharibənin videosalnaməsi ancaq sosial şəbəkələrdə yayılan və döyüşçülərimiz tərəfindən mobil telefonlarla çəkilən qısa videolardan ibarətdir, müharibənin başa çatmasından təxminən 6 ay keçsə də həmin videonu oxuculara təqdim etməyi qərara aldıq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib