Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53492
az

Ermənistandan Rusiyaya ŞOK ZƏRBƏ: Putindən gizli… – DETALLAR

13:4201 May, 2021
2582
ÖZƏL BÖLÜM
  • A

“Hesab edirəm ki, heç yerdə, o cümlədən əvvəllər SSRİ-nin tərkibində olmuş ərazilərdə faşistlərə abidələr ucaldılmamalıdır. Rusiyalı əsgərlərin yaxınlıqda Garegin Njdenin – insanların, Sovet vətəndaşlarının qətlini təbliğ edən və bunda iştirak edən bir adamın abidəsinin olduğunu bilə-bilə mayın 9-da necə yürüş edəcəklərini anlamıram. Njde tarixdə Üçüncü Reyxin generalı kimi, yəni bütün millətlərin qətlini təbliğ edən bir faşist kimi qalıb”.

Oxu24.com  xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.


Ekspert erməni tərəfinin mövqeyini anlamadığını qeyd edib: “Ermənistan Rusiyanın bu cür abidələrə və faşizmin idealizasiyasının təbliğinə münasibətinin necə olduğunu çox yaxşı bilir. Rusiya artıq Njdenin kim olduğunu açıq bəyan edib. Bu abidənin Xocavənddə saxlanılması Rusiyaya meydan oxumaq deməkdir.

Rusiya hər zaman öz öhdəliklərinə riayət edib və etməyə davam edəcək. Buna görə də düşünürəm ki, ermənilər özləri bu abidəni sökməlidirlər. Amma onlar əksinə, #BuSizinÜçünArmavirDeyil kimi aksiyalar təşkil edirlər.

Fikrimcə, Rusiya sərt bir mövqe göstərib mayın 9-dan əvvəl bu abidənin məhv edilməsini, yer üzündən silinməsini tələb etməlidir. Başqa cür ola bilməz. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir. Ermənistan sanki üzümüzə gülümsəyir, amma digər tərəfdən də bizə arxadan zərbə vurur”.

ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı son açıqlamasını şərh edən rusiyalı ekspert vurğulayıb:

“Amerika heç vaxt yardımçı olmayacaq. Amerika bölgədə xaosun olmasında maraqlıdır. Əlbəttə ki, bu ölkənin yardımı elə bundan – yəni “soyqırımı” ilə bağlı bəyanat verməklə Ermənistanın millətçi qüvvələrinə qisas almaq ümidi verməkdən ibarətdir. Amerika hər vasitə ilə dünyanın hər yerində öz təsirini qorumağa çalışır. Amma bu, onda alınmayacaq. Amerikalılar oturduqları budağı özləri kəsiblər. Türkiyə, həmçinin Azərbaycan Rusiya ilə daha da sıx əməkdaşlığa başlayacaq”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ