Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52179
az

SON DƏQİQƏ! Rusiya Ermənistana verilən "İsgəndər"lə bağlı təhqiqata başladı

00:2106 Aprel, 2021
7869
ÖZƏL BÖLÜM
  • A

Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat Departamenti Ermənistana qanunsuz ötürülmüş və Qarabağda tətbiq edilmiş “İsgəndər-M” raketləri ilə bağlı təhqiqat başladıb. Məlum olub ki, həmin raketlər Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rrusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülüb. Bu, Rusiya hərbi və xüsusi xidmət dairələri tərəfindən olduqca sərt cavab tələb edən situasiyadır.

Oxu24.com  -un  xəbərinə görə, Haqqin.az Moskvadakı mənbələrdən öyrənib ki, ötən ilin payızında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana Rusiyadan qanunsuz silah təchizatı barədə bəyanatından sonra Rusiya Müdafiə Nazirliyinin bəzi məmurlarının bu işə cəlb olunması ilə bağlı xidməti araşdırma başladılıb. Araşdırma şok nəticələr üzə çıxarıb.

 

Hərbi dairənin raket-artilleriya silahları anbarından verilmiş şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyasının Ermənistana tərəf izahedilməz reysləri, nəhayət, Rusiyada yaşayan erməni biznesmen Karen Karapetyanın “metallom” qiymətinə aldığı İl-76 təyyarəsi əks-kəşfiyyat əməkdaşlarında şok effekti yaradıb.

Məlum olub ki, Cənub hərbi dairəsində Rusiyadakı erməni diaspour Ermənistana qeyri-leqal silah təchizatı üçün öz şəbəkəsini qurub. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, erməni diasporunun və onunla bağlı olan adamların hərəkətləri bütün qırmızı xətləri keçib. İctimai-siyasi fəaliyyətlə bir araya sığmayıb və dövləti xəyanət sayıla bilər.

Tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç “İsgəndər-M” raketi, üstəlik minalar, patronlar, atıcı silahhlar Rusiya hərbi dairəsinin anbarlarından iri miqyasda Ermənistana ötürülüb.

Pullarını isə Krasnoyarskdan, Krasnodar vilayətindən, Tula, Orlov vilayəti, Moskva, Sankt-Peterburq və hətta Xabarovskdan olan erməni biznesmenlər öz hesablarından ödəyib. Ticarət mərkəzləri, tikinti kontorları, hər cür mallar satan erməni dükanları-hamısı bu sxemdə yer alıblar. Lakin erməni xəsisliyi bu işdə də özünü göstərib. “İşlər belədir ki, onlar bir çox şeylər alıblar, dərk etməyiblər ki, istər “Kornet” olsun, istər “İsgəndər”, mürəkkəb idarəetmə, tuşlama və digər sistemlər tələb edir. Bu mürəkkəb sistemləri almaqda xəsislik ediblər, fikirləşiblər ki, düyməni basdın, vəssalam, raket gedib hədəfə dəyəcək”,-Rusiya hərbi-sənaye çevrələrindəki bir mənbə haqqin.az-a deyib.

Mənbələrimiz bildirir ki, FTX və Müdafiə Nazirliyinin rəhbərliyi “İsgənər-M” raketlərinin Ermənistana qanunsuz təchizatı ilə bağlı ölkə rəhbərliyinə məruzə ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ